Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • 2026-cı ilin büdcə zərfi sosialyönümlü prioritetlərə əsaslanır  
  • Ölkə

2026-cı ilin büdcə zərfi sosialyönümlü prioritetlərə əsaslanır  

LIVE PRESS 06/11/2025
2026-ci-ilin-budcə-zərfi-sosialyonumlu-prioritetlərə-əsaslanir  

2026-cı ilin büdcə zərfi sosialyönümlü prioritetlərə əsaslanır  

 

2026-cı ilin dövlət büdcəsi təkcə iqtisadi sənəd
deyil, bu, Azərbaycanın hərtərəfli inkişaf kursunu müəyyən edən strateji yol xəritəsidir.
Büdcə rifaha, təhlükəsizliyə yönəldikdə onun müsbət nəticələrini bütün sahələrdə
görmək mümkündür. Ümumiyyətlə, dövlət büdcəsinin sosialyönümlülüyü inkişaf məqsədlərinə
çatmaq üçün strateji əhəmiyyət daşıyır. Belə ki, sosialyönümlü büdcə vətəndaşları
dəstəkləməyə, sosial ədaləti və sabitliyi təmin etməyə, iqtisadi artımı
stimullaşdırmağa imkan verir.

Son illərdə ölkəmizdə aparılan sosial
islahatlar milyonlarla vətəndaşın həyatına müsbət təsir edib. 2026-cı ilin büdcə
zərfi də Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü
prioritetlərə əsaslanır. Bu da vətəndaşların sosial rifahının və təminatının
yaxşılaşdırılması üçün mühüm maliyyə bazası deməkdir. Sosial təminat xərcləri
hesabına pensiya və münavinətlər, minimum əməkhaqları, təqaüdlərin artımı təmin
ediləcək. Həmçinin digər sosial normativlərin, o cümlədən ünvanlı sosial
yardımın, yaşa, əlilliyə, ailə başçısının itirməyə və digər kateqoriyalar üzrə
sosial müavinətlərin, eləcə də bir sıra təqaüd və s. sosial qruplar üzrə artım
üçün maliyyə təminatı yaranacaq.

Sosial müdafiə siyasəti dövlətin insan amilinə
verdiyi dəyərin bariz göstəricisidir.

Biz büdcə rəqəmlərini müzakirə edərkən, əslində,
vətəndaşın gündəlik həyatına təsir edən qərarlar qəbul edirik.

2026-cı il sosial siyasətdə dərinləşmə,
ünvanlılıq və şəffaflıq ili olmalıdır.

Müasir dövrdə sosial rifahın əsas tərkib hissəsi
həm də emosional və psixoloji sağlamlıqdır. Bu səbəbdən uşaqların emosional və
psixoloji rifahına daha çox diqqət yetirilməlidir.

Biz təkcə bilik verməklə kifayətlənməməliyik,
hər bir uşağın psixoloji təhlükəsizliyini də təmin etməliyik. Belə ki, xüsusilə
uşaqlarda autizm, diqqət çatışmazlığı, davranış pozuntuları kimi halların erkən
aşkarlanması üçün məktəblərdə psixoloji xidmətlər genişləndirilməlidir.

Bu xüsusda 2026-cı ilin büdcəsində psixoloq
hazırlığı, müəllimlər üçün psixoloji təlimlər və valideyn maarifləndirilməsi
proqramları üçün ayrıca vəsaitin nəzərdə tutulması məqsədəmüvafiq olar.

Bu, həm təhsilin keyfiyyətinə, həm də ailələrin
rifahına birbaşa təsir göstərəcək. Uşaqların psixoloji rifahına qoyulan sərmayə
xərc deyil.

Bu, cəmiyyətimizin gələcəyinə, dayanıqlığına və
insaniliyinə qoyulan ən effektiv sərmayədir.

qlobal sosial məsələyə çevrilən iqlim dəyişikliyi
də bu gün aktualdır. Belə ki, su qıtlığı, kənd təsərrüfatında risklər, hava
çirklənməsi – bütün bunlar insan sağlamlığına və sosial sabitliyə təsir edir.
Bu səbəbdən büdcədə “yaşıl məşğulluq”, ekoloji təhsil, bərpa olunan enerji sahəsində
kadr hazırlığı üçün vəsaitin ayrılması həyati əhəmiyyət daşıyır.

Azərbaycanın “yaşıl enerji zonası”
konsepsiyası sosial inkişafla paralel getməlidir.  Yeni enerji layihələri regionlarda sosial
rifah və iş yerləri yaratmalıdır. Bu həmçinin vüsat almış sosial diplomatiyanın
inkişaf etməsine də təsir göstərəcək. 

Beləliklə, 2026-cı ilin büdcəsi yalnız xərclərin
deyil, həm də dəyərlərin büdcəsi olacaq.

Təcrübə göstərir ki, insan kapitalına sərmayə
qoymaq ən əlverişli investisiyadır. Bu investisiya uşaqların təhsilində, ailələrin
rifahında, təbiətin qorunmasında və vətəndaşın dövlətə etimadında öz əksini
tapmalıdır.

Yəni sosial ədalət cəmiyyətin dayanıqlığı,
psixoloji rifah onun gücü, yaşıl iqtisadiyyat isə gələcəyimizdir!

 

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Tariximizin Zəfər salnaməsi!
Next: Donald Tramp: Şatdaun ABŞ iqtisadiyyatına zərər verməyəcək  

Related Stories

vk:-son-10-ayda-2-minə-yaxin-vətəndasa-huquqi-yardim-gostərilib  
  • Ölkə

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

LIVE PRESS 06/11/2025
uefa-cempionlar-liqasinda-iv-tur:-rekordlar,-surprizlər-və-tarixi-nəticələr 
  • Ölkə

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

LIVE PRESS 06/11/2025
eli-ehmədov:-2026-ci-ilin-dovlət-budcəsinə-nəzər-salarkən-biz-gələn-və-ondan-sonraki-illərə-optimist-baxa-bilirik  
  • Ölkə

Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  

LIVE PRESS 06/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  
  • UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 
  • Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  
  • DİN əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər  
  • Donald Tramp: Şatdaun ABŞ iqtisadiyyatına zərər verməyəcək  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib   vk:-son-10-ayda-2-minə-yaxin-vətəndasa-huquqi-yardim-gostərilib   1
  • Ölkə

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

06/11/2025
UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr  uefa-cempionlar-liqasinda-iv-tur:-rekordlar,-surprizlər-və-tarixi-nəticələr  2
  • Ölkə

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

06/11/2025
Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik   eli-ehmədov:-2026-ci-ilin-dovlət-budcəsinə-nəzər-salarkən-biz-gələn-və-ondan-sonraki-illərə-optimist-baxa-bilirik   3
  • Ölkə

Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  

06/11/2025
DİN əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər   din-əməkdaslari-novbəti-agacəkmə-kampaniyasi-keciriblər   4
  • Ölkə

DİN əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər  

06/11/2025
Donald Tramp: Şatdaun ABŞ iqtisadiyyatına zərər verməyəcək   donald-tramp:-satdaun-abs-iqtisadiyyatina-zərər-verməyəcək   5
  • Ölkə

Donald Tramp: Şatdaun ABŞ iqtisadiyyatına zərər verməyəcək  

06/11/2025

Bir daha bax

vk:-son-10-ayda-2-minə-yaxin-vətəndasa-huquqi-yardim-gostərilib  
  • Ölkə

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

LIVE PRESS 06/11/2025
uefa-cempionlar-liqasinda-iv-tur:-rekordlar,-surprizlər-və-tarixi-nəticələr 
  • Ölkə

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

LIVE PRESS 06/11/2025
eli-ehmədov:-2026-ci-ilin-dovlət-budcəsinə-nəzər-salarkən-biz-gələn-və-ondan-sonraki-illərə-optimist-baxa-bilirik  
  • Ölkə

Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  

LIVE PRESS 06/11/2025
din-əməkdaslari-novbəti-agacəkmə-kampaniyasi-keciriblər  
  • Ölkə

DİN əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər  

LIVE PRESS 06/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  
  • UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 
  • Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  
  • DİN əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər  
  • Donald Tramp: Şatdaun ABŞ iqtisadiyyatına zərər verməyəcək  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.