LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Aydın Kuşadası sahillərində baş verən iki ayrı hadisədə 37 nizamsız miqrant tutularkən, 39 qeyri-qanuni miqrant xilas edilib.
Alınan məlumata görə, ilk hadisədə Sahil Mühafizə Botu (TCSG-24) tərəfindən hərəkətdə olan rezin qayıq aşkar edilib.
Yunan ünsürlər tərəfindən yenidən Türkiyə ərazi sularına çıxarıldığı təsbit edilən rezin qayıqlarda olan 39 nizamsız miqrant da qruplar tərəfindən xilas edilib. Ümumilikdə 76 qeyri-qanuni miqrant İl Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.