LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, “Şerlok Holmsun macəraları”, “Miss Marpl”, “Sırf ingilis cinayətləri” filmlərindəki rolları ilə tanınan britaniyalı aktyor Cos Akland 95 yaşında dünyasını dəyişib.
Kədərli xəbəri “The Guardian” sənətçinin ailəsinin açıqlamasına istinadən yazıb.Aklandın yaxınlarının əhatəsində öldüyü dəqiqləşdirilir. Ölümün səbəbi açıqlanmayıb.
Cos Akland 1928-ci ildə Londonda anadan olub. Peşəkar karyerasına 17 yaşında “Ghost Ship” filmində oynayaraq başlayıb. 1950-ci illərdə Kevin Spacey bədii rəhbər olduğu zaman Old Vic Teatrında xidmət edirdi.Aklandın təcrübəsinə 160-dan çox film və serialda iş daxildir. Onlardan ən məşhurları “Sırf ingilis cinayətləri”, “Gənc İndiana Consun sərgüzəştləri”, “Öldürücü silah 2”, “Miss Marpl”, “Şerlok Holmsun sərgüzəştləri”, Üç muşketyor” və s.