LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Argentinanın ədliyyə naziri Mariano Cuneo Libarona sosial şəbəkədəki səhifəsində bildirib ki, Argentina hakimiyyəti cinayət məcəlləsindən “qadının öldürülməsi” anlayışını ağırlaşdıran hal kimi çıxaracaq, çünki qanun qarşısında hamı bərabərdir.
O izah edib ki, Argentina hökuməti qanun qarşısında bərabərliyi müdafiə edir.
“Biz cinayət məcəlləsindən “qadın öldürmə” anlayışını çıxaracağıq”.
Bundan əvvəl Argentina prezidenti Xavyer Miley Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək, bərabərlik anlayışını təhrif etdiyinə görə radikal feminizmi tənqid edib. O qeyd edib ki, bir çox sivil ölkələrdə qadının öldürülməsinin kişi qətlindən daha ağır cəzalandırılması normal hesab olunur.
Argentina Cinayət Məcəlləsinə 2012-ci ildə gender əsaslı qətli ağırlaşdırıcı hal edən dəyişikliklər edilib.