
İran: 12 günlük müharibədə 1604 nəfər həlak olub
Bu ilin iyun ayında İsraillə 12 gün davam edən müharibədə İranda ümumilikdə 1604 nəfər həlak olub.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bunu İran Prezidentinin köməkçisi Səid Ouhədi mətbuat konfransında deyib.
O əlavə edib ki , bu “asimmetrik qarşıdurma”da 5800-dən çox insan yaralanıb, onların təxminən 92 faizi müalicə olunaraq xəstəxanalardan evə buraxılıb.
Qeyd edilməlidir ki, İsrail 12 günlük müharibə ərzində İranın nüvə obyektlərini hədəfə alıb. ABŞ da münaqişəyə qoşularaq İrandakı əsas nüvə obyektlərini bunkerdələn bombalarla vurub.