Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Fəxr ediləsi PREZİDENT.
  • Ölkə

Fəxr ediləsi PREZİDENT.

LIVE PRESS 02/10/2025 14 minutes read
fəxr-ediləsi-prezident

Fəxr ediləsi PREZİDENT

 

Donald Tramp ABŞ-nin 45-ci, həm də 47-ci prezidentidir.

Üstəlik, fasilədən sonra ikinci dəfə seçilən ikinci prezidentdir!

Amerika xalqı ikinci dəfə ona bu etimadı göstərib.

ABŞ-nin əvvəlki prezidentləri də çox insan, çox dövlət başçısı haqda müxtəlif fikir söyləyib, onların fəaliyyətlərinə qiymət veriblər!

Lakin onların heç biri bu qədər səmimi və dəyərli ifadə işlətməyiblər:

“Mən Sizinlə, həqiqətən, fəxr edirəm”.

İkinci cümlə isə Prezidentimizin birbaşa şəxsiyyəti ilə bağlıdır:

“Siz çox gözəl insansınız”.

Çox qürurlu və fərəh doğuran haldır!

Həm də bu dəyərləndirmə ikili, təkbətək görüşdə deyil, dünyanın dövlət başçıları və liderlərinin iştirak etdikləri tədbirdə baş verdi.

Görəsən, dünyanın bir nömrəli dövlətinin bir nömrəli Prezidentini Azərbaycan Prezidentinə valeh edən səbəb nədir?

Daha doğrusu, D.Tramp hansı səbəblərə görə Azərbaycan Prezidentinin fəaliyyətinə və şəxsiyyətinə bu qədər yüksək və səmimi qiymət verir?

Diqqəti maraqlı bir fakta cəlb etmək istərdik.

Əvvəlki Prezident C.Bayden seçkilərdə erməni seçicilərinin səslərindən bəhrələndiyinə görə özünü ABŞ-dəki erməni diasporuna borclu sayırdı.

Hətta erməni səslərinin əvəzində onlara verdiyi vədinə də əməl etdi:

23 aprel çıxışında əvvəlki prezidentlərdən fərqli olaraq “erməni soyqırımı” ifadəsini  işlətdi.

Doğrudur, bununla heç nə dəyişmədi!

Amma ABŞ kimi nəhəng bir dövlətin erməni diasporundan asılılığı heç də xoşagələn fakt deyil.

Baydenin ürəyi bununla da  soyumadı…

Gethagetdə ABŞ ilə Ermənistan arasında strateji əməkdaşlıq haqqında xartiya imzaladı.

İmzalandığı gündən indiyədək heç bir məna və əhəmiyyəti olmayan sənəd.

Donald Tramp isə tam fərqli üslubda çalışan dövlət başçısıdır.

***

ABŞ Prezidenti D.Trampın yeni dövrdəki fəaliyyətində iki mühüm məqam diqqəti cəlb edir:

* ABŞ-nin əvvəlki qüdrətini qaytarmaq üçün iqtisadi məsələlərə böyük diqqət ayırması;

* Sülhə xidmət edərək dünyada gedən hərbi əməliyyatların dayandırılması yönündə səmərəli addımlar  atması.

XX əsrin sonları və XXI əsrdən  ABŞ dünya dövlətlərinə güc amili ilə  təsir etməyə  çalışırdı.

Onun dəstəyi və maliyyəsi  (bu məsələdə Soros fondu mühüm rol oynayırdı) ilə bir çox ölkədə rəngli inqilab və “ərəb baharı” baş tutdu, dövlət başçıları devrildi.

“İnqilab”lara hazırlıq prosesini isə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) maliyyələşdirirdi.

Qısa arayış: 1961-ci ildə yaradılan USAID ABŞ hökumətinin əsas beynəlxalq humanitar və  inkişaf  “qolu” rolunu oynayıb. Agentlik 120-dək ölkədə humanitar, səhiyyə və digər proqramlara nəzarət edib. Agentlik təkcə 2023-cü ildə ümumi  ayırmalarla 40 milyard dollardan çox vəsaiti idarə edib. 2024-cü maliyyə ilində  USAID-ə layihələr üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib.

Təşkilat 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT-ni və 6 mindən çox jurnalisti maliyyələşdirib.

ABŞ Prezidenti Donald Trampın Administrasiyası fevralın 3-də USAID-in  fəaliyyətini dayandırdı.

D.Tramp dövlətlərlə zor tətbiqi dili ilə danışmır, iqtisadi rıçaqlardan istifadə edir.

Ticarət sahəsində rüsumlar tətbiq etməklə.

D.Trampın daha bir fərqləndirici xüsusiyyəti sülh uğrunda mübarizə aparması, müharibə edən, qarşıdurma vəziyyətində olan ölkələri  sülhə çağırması və barış üçün mümkün köməyi göstərməsidir. 

***

Azərbaycan Prezidenti İlham Əliyev də  sülh amallı, sülh niyyətli dövlət rəhbəridir.

Daim bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin daxili işinə qarışmamaq, tərəflərin maraqlarını təmin edən  əməkdaşlıq  tərəfdarıdır.

Azərbaycan daim öz xarici siyasətində  beynəlxalq hüquqa və  prinsiplərə söykənir.

Dövlət başçısı İlham Əliyev ölkəyə rəhbərliyinin 17 ili ərzində daim sülh danışıqlarında iştirak etdi, Ermənistana torpaqları dinc yolla, danışıqlarla qaytarmasını təklif etdi.

Həm də Azərbaycanın düşmənə bir qarış torpağını belə güzəştə getməyəcəyini açıq şəkildə bildirdi.

Hərbi vasitəyə isə yalnız Ermənistanın yeni baş naziri N.Paşinyan içib sərxoş olaraq  “Qarabağ Ermənistandır və nöqtə” bəyanatından sonra əl atdı.

Azərbaycan müharibəni də  ləyaqətlə apardı!

Ermənistan ordusu hərbi əməliyyatlar meydanından yüz kilometrlərlə uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə, Goranboy rayonlarını ballistik  raketlərlə, qadağan edilmiş silahlarla vuraraq dinc əhaliyə, mülki obyektlərə ciddi itkilər yaşadanda belə, Azərbaycan Ordusu mülki erməniləri, obyektləri hədəfə çevirmədi!

Ermənistana məxsus qeyri-qanuni hərbi birləşmələri və terrorçu qrupları 20 sentyabr antiterror əməliyyatından  dərhal sonra ağ bayraq qaldıraraq aman diləyəndə  onların və Azərbaycanda yaşamaq istəməyən ermənilərin  ölkəni dinc şəkildə tərk edərək sağ-salamat Ermənistana getmələrinə imkan yaratdı.

Ən əsası, Azərbaycan düşmən üzərində möhtəşəm zəfər qazanandan, separatizm üzərində mütləq və qəti  qələbə çalandan sonra da birinci olaraq sülh  təşəbbüsü ilə çıxış etdi.

Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan sülh müqaviləsi hazırlayaraq Ermənistana sülh təklif etdi!

Ermənistan havadarlarına və müdafiəçilərinə güvənərək daim sülh müqaviləsini imzalamaqdan boyun qaçırdı.

Revanşist xülyalarla yaşadı.

Azərbaycan prinsipial mövqeyini dəyişməyərək gözlədi, ermənipərəst vasitəçilərdən imtina etdi.

ABŞ Prezidenti Donald Tramp Azərbaycanın qoyduğu ədalətli şərtləri ehtiva edən sülh bağlanmasını təklif etdikdə isə Prezident İlham Əliyev Vaşinqtonda  Ermənistanın baş naziri N.Paşinyanla görüşdü, beləliklə, hər iki respublika arasında sülh sazişinin  layihəsi paraflandı və Azərbaycanın dəyişməz şərti – Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh müqaviləsinin  imzalanması barədə razılıq əldə olundu.

8 avqust tarixli Vaşinqton görüşündə də ABŞ Prezidenti D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə  xüsusi, səmimi  münasibətinin  şahidi olduq.

C.Baydendən fərqli olaraq D.Tramp Ermənistanla yox, Azərbaycanla strateji tərəfdaşlıq  niyyətini ortaya qoydu və bununla  bağlı xüsusi  memorandum imzalandı.

D.Tramp Azərbaycanın imkanlarını və daim ABŞ-yə dost münasibətini  qiymətləndirərək ona qarşı ədalətsiz şəkildə tətbiq edilmiş və C.Bayden tərəfindən  yenidən qüvvəyə mindirilmiş  “907-ci düzəlişi” də  ləğv etdi.

Həmin görüşdə D.Tramp Azərbaycanın xoş niyyətini, Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirilməsinə xidmət edən, eyni zamanda dünya üçün faydalı olan Orta dəhlizin  yaradılmasını da yüksək  dəyərləndirdi.

Onun əsas seqmentlərindən biri sayılan, lakin Ermənistanın və onun müdafiəçilərinin açılışına daim əngəllər  törətdikləri Zəngəzur dəhlizinə (TRIPP) öz adını verərək  işə düşməsinə yardımçı olacağını bəyan etdi.

Bununla da daha bir sülhpərvər addım atmış oldu.

***

İlham Əliyevdə dövlət başçısından tələb olunan bütün müsbət keyfiyyətlər yetərincə vardır.

Bir cəhət və xüsusiyyət isə  hamıda olmayandır!

İlham Əliyev fitrətdən vergili, xarizmatik şəxsiyyətdir!

İlham Əliyev öz fəaliyyəti ilə möcüzələr yarada bilir!

Faktlara  nəzər salaq:

* Otuz il  ərzində  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi  icra olunmadı.

* Otuz il ərzində ATƏT-in Minsk qrupu  boş danışıqlardan irəli getmədi, bir qarış torpağı belə sülh yolu ilə geri qaytarmadı.

* Otuz il ərzində Azərbaycan dövləti bir milyonadək  qaçqın və məcburi köçkünü  öz himayəsində saxladı, onlar üçün yaşayış kompleksləri salaraq həyat şəraitlərini xeyli yaxşılaşdırdı.

* Otuz il ərzində Azərbaycan  ikili standartlara məruz qaldı, beynəlxalq hüquq Qarabağ münaqişəsinin həllində  acizlik göstərdi, beynəlxalq təşkilatlar  məsələyə qərəzli yanaşdılar.

* Otuz il ərzində Azərbaycan  mənasız sülh danışıqlarından imtina etmədi, ədalətin qalib gələcəyinə inandı.

Nəticə Azərbaycanın istədiyi kimi oldu!

Lakin bu ədaləti Azərbaycan özü öz gücü və imkanları ilə təmin etdi!

İlham Əliyev möcüzələr yaratdı!

* 44 gün ərzində işğalçıları diz çökdürərək sülhə məcbur etdi, onlara kapitulyasiya aktını imzalatdı!

* Bir sutka ərzində unikal əməliyyat keçirərək Laçın yoluna nəzarəti ələ aldı, ölkənin ərazi bütövlüyünü təmin etdi!

* 23 saat ərzində antiterror əməliyyatı keçirərək Dövlət suverenliyinə, Konstitusiya əsaslarının təmininə nail oldu!

* Rusiya Sülhməramlı Kontingentini musiqi sədaları altında yola saldı!

Son  80 il ərzində heç bir dövlət belə zəfər qazana bilməmişdir!

Ərazisində separatizm olan heç bir dövlət onun kökünü tamamilə kəsə bilməmişdir.

Bu gün Azərbaycan ərazisində bir nəfər belə separatçının yaşamadığı, əcnəbi əsgərin olmadığı  dövlətdir!

Amma bütün bunlara baxmayaraq, sülh istəyir, qalib gəldiyi Ermənistanı blokadadan çıxarmaq istəyir!

Bu niyyətlə də Vaşinqtona getdi, ABŞ Prezidenti D.Trampın şahidliyi və iştirakı ilə çox mühüm sənədlər imzaladı!

Bununla da yeni dövrün başlanğıcını qoydu.

***

Torpağı otuz ilədək işğalda qalan, güclü ordu yaradaraq böyük vəsaitlər hesabına onu ən yeni silahlarla təchiz edən,  bir milyonadək qaçqın saxlayan, bu gün isə  Böyük  qayıdış proqramına uyğun olaraq Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirərək keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarına qaytaran Azərbaycan həm də dünyaya fayda gətirəcək işlər görür, yeni transmilli layihələr  reallaşdırır.

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycandan keçir.

Azərbaycan onların işə düşmələrinə öz töhfələrini vermişdir.

Bu gün dünyanın çox ehtiyac duyduğu və bir sıra  parametrləri ilə üstünlüyə malik olan Orta dəhliz  də Azərbaycanın iştirakı ilə işə salınmışdır.

2022-ci ildən bəri Orta dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artım olmuşdur.

Zəngəzur dəhlizinin  (TRIPP)  açılması ilə onun  effektivliyi  daha da artacaqdır.

Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bununla boru kəməri vasitəsilə  qaz nəql edən dövlətlər sırasında dünyada  birinci yeri tutur.

Xəzərin ən böyük icarə donanması, yaxın illərdə  gücü ildə 25 milyon tona çatacaq  Ələt Beynəlxalq Ticarət Limanı,  Bakı-Tbilisi-Qars dəmir yolu,  9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib!

Bütün bunların müəllifi də, yaradıcısı da, icraçısı da məhz İlham Əliyevdir!

ABŞ Prezidenti D.Tramp bütün bunları yaxşı bildiyindən Azərbaycan Prezidentinə xüsusi münasibət bəsləyir, onun fəaliyyətini yüksək dəyərləndirir.

***

Donald Tramp ilk dəfə deyil ki, Azərbaycan Prezidentinə belə yüksək dəyər verir.

Onun  8 avqust  Vaşinqton görüşündə dediklərini  bir daha xatırladırıq:

* Siz güclü və ağıllı insansınız, regionunuz dünyanın gözəl bölgəsidir.

* Siz böyük lidersiniz.

* Siz gözəl   danışıq aparırsınız.

Dünyanın bütün dövlət başçılarının iştirak etdikləri tədbirdə isə Azərbaycan Prezidenti İlham Əliyevi fərqləndirməsi olduqca xoşdur.

Bu gün hər bir azərbaycanlı,  türk dünyası İlham Əliyevlə hədsiz qürur duyur!

Azərbaycan Prezidentinin sentyabrın 25-də Nyu Yorkda BMT Baş Assambleyasının  80-ci  sessiyasındakı  çıxışı da sülhə və əməkdaşlığa köklənmişdir:

“Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”. 

“Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır”.

“Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

***

Bu gün dünyada  böyük problemlər mövcuddur.

Hər gün şəhərlər dağılır, insanlar öldürülür, qarşı-qarşıya dayananlar sülh çağırışlarını eşitmirlər.

Təbiət də  insanların etinasızlıqlarından bezərək hər gün onlara kataklizmlər şəklində yeni sürprizlər bəxş edir.

Azərbaycan isə öz fəaliyyəti ilə bunların qarşısını almağın yollarını  əməli şəkildə göstərir.

Həm müharibədən sonra dərhal sülh çağırışı etməklə, həm də COP29-da qəbul etdiyi qərarlarla.

Bu gün həm Azərbaycandan, həm də onun  Prezidentindən öyrənməklə gərəkli addımlar atmaq bəşəriyyətə yalnız fayda və firavanlıq gətirər.

 

 

Bəxtiyar SADIQOV

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: İtaliya Azərbaycanın Avropaya açılan qapısıdır.
Next: BMT-də Azərbaycan həqiqətləri.

Related Stories

tramp:-sulh-surasi-indiyə-qədər-yaradilmis-ən-nufuzlu-sura-olacaq
  • Ölkə

Tramp: Sülh Şurası indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq

LIVE PRESS 22/01/2026 0
azərbaycan-regionda-və-dunyada-sulhə-tohfələr-verir
  • Ölkə

Azərbaycan regionda və dünyada sülhə töhfələr verir

LIVE PRESS 22/01/2026 0
prezident-ilham-eliyev:-azərbaycan-sulh-surasina-qosularaq,-onun-nəcib-missiyasini-paylasacaq 
  • Ölkə

Prezident İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq 

LIVE PRESS 21/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Tramp: Sülh Şurası indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq
  • Trampın Davos çıxışından sonra Bitcoin.
  • Azərbaycan regionda və dünyada sülhə töhfələr verir
  • Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik.
  • Beşiktaşda növbəti ayrılıq Ndidi ilə olacaqmı?

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Tramp: Sülh Şurası indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq tramp:-sulh-surasi-indiyə-qədər-yaradilmis-ən-nufuzlu-sura-olacaq 1
  • Ölkə

Tramp: Sülh Şurası indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq

22/01/2026 0
Trampın Davos çıxışından sonra Bitcoin. bitcoin-trampin-davos-cixisindan-sonra-90-min-dollar-qazandi,… 2
  • İqtisadiyyat

Trampın Davos çıxışından sonra Bitcoin.

22/01/2026 0
Azərbaycan regionda və dünyada sülhə töhfələr verir azərbaycan-regionda-və-dunyada-sulhə-tohfələr-verir 3
  • Ölkə

Azərbaycan regionda və dünyada sülhə töhfələr verir

22/01/2026 0
Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik. tramp:-dunyanin-qorunmasi-ucun-bu-boyuk-buz-parcasini-istəyirik   4
  • Dünya

Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik.

21/01/2026 0
Beşiktaşda növbəti ayrılıq Ndidi ilə olacaqmı? besiktasda-novbəti-ayriliq-ndidi-ilə-olacaqmi?-mancester-yunayted-iddialari 5
  • Idman

Beşiktaşda növbəti ayrılıq Ndidi ilə olacaqmı?

21/01/2026 0

Bir daha bax

tramp:-sulh-surasi-indiyə-qədər-yaradilmis-ən-nufuzlu-sura-olacaq
  • Ölkə

Tramp: Sülh Şurası indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq

LIVE PRESS 22/01/2026 0
bitcoin-trampin-davos-cixisindan-sonra-90-min-dollar-qazandi,…
  • İqtisadiyyat

Trampın Davos çıxışından sonra Bitcoin.

Jurnalist 22/01/2026 0
azərbaycan-regionda-və-dunyada-sulhə-tohfələr-verir
  • Ölkə

Azərbaycan regionda və dünyada sülhə töhfələr verir

LIVE PRESS 22/01/2026 0
tramp:-dunyanin-qorunmasi-ucun-bu-boyuk-buz-parcasini-istəyirik  
  • Dünya

Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik.

LIVE PRESS 21/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Tramp: Sülh Şurası indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq
  • Trampın Davos çıxışından sonra Bitcoin.
  • Azərbaycan regionda və dünyada sülhə töhfələr verir
  • Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik.
  • Beşiktaşda növbəti ayrılıq Ndidi ilə olacaqmı?
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.