Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Kopenhagendə Prezident İlham Əliyevin görüşü olub. YENİLƏNİB.  
  • Ölkə

Kopenhagendə Prezident İlham Əliyevin görüşü olub. YENİLƏNİB.  

LIVE PRESS 02/10/2025 3 minutes read
kopenhagendə-prezident-ilham-eliyevin-avropa-ittifaqi-surasinin-prezidenti-və-avropa-komissiyasinin-prezidenti-ilə-gorusu-olub-yenilenib  

Kopenhagendə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub YENİLƏNİB  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu dedilər.

Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunuldu, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirildi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi və sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd etdi və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğuladı.

Prezident İlham Əliyev hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinin Azərbaycan qazını aldığını bildirdi və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirdi.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğu vurğulandı.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə görüşü olub. YENİLƏNİB.
Next: Şavkat Mirziyoyev: Özbəkistanla Azərbaycan arasındakı qardaşlıq bağları xalqlarımızın tərəqqisinə xidmət etməkdədir.

Related Stories

prezident-ilham-eliyev:-bu-gun-azərbaycan-ermənistan,-eləcə-də-turkiyə-ermənistan-yaxinlasmasi-paralel-olaraq-kecirilir  
  • Ölkə

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir  

LIVE PRESS 20/01/2026 0
prezident:-ermənistan-tərəfindən-muraciət-daxil-oldu-ki,-artiq-ermənistandan-rusiyaya-tranzit-ucun-icazə-verilsin  
  • Ölkə

Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  

LIVE PRESS 20/01/2026 0
prezident-ilham-eliyev-davosda-“avrasiyanin-iqtisadi-ozunəməxsuslugunun-muəyyənləsdirilməsi”-movzusunda-panel-iclasinda-istirak-edir-yenilenecek
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edir YENİLƏNƏCƏK

LIVE PRESS 20/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir  
  • Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  
  • O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab
  • SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları
  • Beşiktaşda Serdal Adalıdan “İbrahim” istirahəti: Aston Villa transfer üçün çalışır

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir   prezident-ilham-eliyev:-bu-gun-azərbaycan-ermənistan,-eləcə-də-turkiyə-ermənistan-yaxinlasmasi-paralel-olaraq-kecirilir   1
  • Ölkə

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir  

20/01/2026 0
Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin   prezident:-ermənistan-tərəfindən-muraciət-daxil-oldu-ki,-artiq-ermənistandan-rusiyaya-tranzit-ucun-icazə-verilsin   2
  • Ölkə

Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  

20/01/2026 0
O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab o,-“qalatasaray”-matci-oncəsi-danisib:-alexander-sorloth-dan-transfer-ucun-aydin-cavab 3
  • Idman

O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab

20/01/2026 0
SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları son-xeberler-|-kap-trabzonspordan-gəldi:-lovikin-muqavilə-detallari 4
  • Idman

SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları

20/01/2026 0
Beşiktaşda Serdal Adalıdan “İbrahim” istirahəti: Aston Villa transfer üçün çalışır besiktasda-serdal-adalidan-“ibrahim”-istirahəti:-aston-villa-transfer-ucun-calisir 5
  • Idman

Beşiktaşda Serdal Adalıdan “İbrahim” istirahəti: Aston Villa transfer üçün çalışır

20/01/2026 0

Bir daha bax

prezident-ilham-eliyev:-bu-gun-azərbaycan-ermənistan,-eləcə-də-turkiyə-ermənistan-yaxinlasmasi-paralel-olaraq-kecirilir  
  • Ölkə

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir  

LIVE PRESS 20/01/2026 0
prezident:-ermənistan-tərəfindən-muraciət-daxil-oldu-ki,-artiq-ermənistandan-rusiyaya-tranzit-ucun-icazə-verilsin  
  • Ölkə

Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  

LIVE PRESS 20/01/2026 0
o,-“qalatasaray”-matci-oncəsi-danisib:-alexander-sorloth-dan-transfer-ucun-aydin-cavab
  • Idman

O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab

Jurnalist 20/01/2026 0
son-xeberler-|-kap-trabzonspordan-gəldi:-lovikin-muqavilə-detallari
  • Idman

SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları

Jurnalist 20/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir  
  • Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  
  • O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab
  • SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları
  • Beşiktaşda Serdal Adalıdan “İbrahim” istirahəti: Aston Villa transfer üçün çalışır
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.