Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının komissarı Ukraynada Azərbaycan diasporunun fəaliyyəti ilə tanış olub  
  • Ölkə

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının komissarı Ukraynada Azərbaycan diasporunun fəaliyyəti ilə tanış olub  

LIVE PRESS 11/10/2025
abs-beynəlxalq-din-azadligi-komissiyasinin-komissari-ukraynada-azərbaycan-diasporunun-fəaliyyəti-ilə-tanis-olub  

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının komissarı Ukraynada Azərbaycan diasporunun fəaliyyəti ilə tanış olub  

Ukraynada səfərdə olan Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin icraçı direktoru, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) komissarı Mohamed Elsanusi Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad İbrahimov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ukraynada yaşayan dini və milli azlıqların vəziyyəti, onların cəmiyyətə inteqrasiyası və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi müzakirə olunub.

UABD-nin həm Azərbaycan, həm də Ukrayna xalqları arasında mədəni, humanitar və mənəvi körpü rolunu oynadığını qeyd edən E.İbrahimov azərbaycanlıların uzun illərdir yerli cəmiyyətin ayrılmaz hissəsinə çevrildiklərini və ölkənin multikultural dəyərlərinə sadiq qaldıqlarını bildirib. O vurğulayıb ki, azərbaycanlılar dini inanclarını və ibadətlərini azad formada yerinə yetirirlər: “Ukrayna dövləti dini azadlığa hörmətlə yanaşır və müxtəlif konfessiyalar arasında qarşılıqlı anlayış və dinc birgəyaşayış mühiti mövcuddur. Bu da həm Ukrayna, həm də Azərbaycan üçün nümunəvi tolerantlıq modelidir”.

Sədr müavini qeyd edib ki, diaspor üzvləri təkcə dini bayramların deyil, milli və mədəni tədbirlərin təşkilində də fəal iştirak edirlər. 2022-ci ildən başlayan müharibə şəraitində azərbaycanlı icma həmrəylik və yardımlaşma ruhunu qoruyub saxlayıb: “Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamları və xeyriyyəçilər əsgərlərə tibbi, humanitar və sosial dəstək göstərməklə həm Ukrayna xalqına, həm də insanlıq dəyərlərinə sədaqətlərini nümayiş etdiriblər”.

Sədr müavini görüş zamanı diasporun Ukraynada həyata keçirdiyi sosial, mədəni və humanitar layihələri əks etdirən fotoalbomu qonaqlara təqdim edib. Albomda diaspor üzvlərinin müxtəlif dövrlərdə təşkil etdikləri xeyriyyə aksiyaları, iftar süfrələri, dini və milli bayram tədbirləri, həmçinin müharibə dövründə göstərilən yardımlar öz əksini tapıb.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) komissarı Mohamed Elsanousi görüşü təkcə Ukrayna azərbaycanlı diasporunun fəaliyyəti ilə tanışlıq deyil, həm də dini tolerantlıq, multikulturalizm və beynəlxalq sülh dəyərlərinin bir daha təsdiqi kimi qiymətləndirib. O qeyd edib ki, dinlər və mədəniyyətlər arasındakı körpülər insanlığı birləşdirən, xalqları yaxınlaşdıran ən güclü vasitədir: “Bu, həm də imanın sərhədləri aşan universal dəyər olduğunu bir daha sübut etdi – insan harada yaşamasından asılı olmayaraq, mərhəmət, ədalət və sülh prinsipləri onun ruhunu birləşdirir”.

Görüşdə, həmçinin dünyanın 12 ölkəsində fəaliyyət göstərən Finlandiyanın ən böyük humanitar təşkilatı – Finlandiya Kilsə Yardımı (Finn Church Aid) qurumunun rəhbərləri və əməkdaşları iştirak ediblər. Onlar da müxtəlif dinlər və xalqlar arasında mərhəmət, dialoq və qarşılıqlı hörmətin vacibliyini vurğulayıblar.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “MDB plyus”: Birlik ölkələrinin yeni əməkdaşlıq formatı  
Next: Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə

Related Stories

gorəsən-yazsaq,-duzələrlər?
  • Ölkə

Görəsən yazsaq, düzələrlər?

LIVE PRESS 01/11/2025
leyla-eliyeva-xeyriyyəcilik-fəaliyyəti-ilə-boyuk-sevgi-qazanib
  • Ölkə

Leyla Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə böyük sevgi qazanıb

LIVE PRESS 01/11/2025
jurnalist-duzab-alin:-azərbaycan-mustəmləkəcilik-movzusunda-aciq-səkildə-danismaga-raziliq-verən-ilk-olkədir  
  • Ölkə

Jurnalist Düzab Alin: Azərbaycan müstəmləkəçilik mövzusunda açıq şəkildə danışmağa razılıq verən ilk ölkədir  

LIVE PRESS 01/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Görəsən yazsaq, düzələrlər?
  • Leyla Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə böyük sevgi qazanıb
  • Jurnalist Düzab Alin: Azərbaycan müstəmləkəçilik mövzusunda açıq şəkildə danışmağa razılıq verən ilk ölkədir  
  • Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
  • Nyu Hampshire Senatı, Səsvermədən sonra.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Görəsən yazsaq, düzələrlər? gorəsən-yazsaq,-duzələrlər? 1
  • Ölkə

Görəsən yazsaq, düzələrlər?

01/11/2025
Leyla Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə böyük sevgi qazanıb leyla-eliyeva-xeyriyyəcilik-fəaliyyəti-ilə-boyuk-sevgi-qazanib 2
  • Ölkə

Leyla Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə böyük sevgi qazanıb

01/11/2025
Jurnalist Düzab Alin: Azərbaycan müstəmləkəçilik mövzusunda açıq şəkildə danışmağa razılıq verən ilk ölkədir   jurnalist-duzab-alin:-azərbaycan-mustəmləkəcilik-movzusunda-aciq-səkildə-danismaga-raziliq-verən-ilk-olkədir   3
  • Ölkə

Jurnalist Düzab Alin: Azərbaycan müstəmləkəçilik mövzusunda açıq şəkildə danışmağa razılıq verən ilk ölkədir  

01/11/2025
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. azərbaycan-respublikasi-prezidentinin-2022-ci-il-21-oktyabr-tarixli-1862-nomrəli-fərmani-ilə-təsdiq-edilmis-“innovasiya-və-rəqəmsal-inkisaf-agentliyinin-nizamnaməsi”ndə-dəyisiklik-edilməsi-haqqinda 4
  • Ölkə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

01/11/2025
Nyu Hampshire Senatı, Səsvermədən sonra. new-hampshire-senat-senat,-səsvermədən-sonra-crypto-mədən-deregulyasiya-bill 5
  • Biznes

Nyu Hampshire Senatı, Səsvermədən sonra.

01/11/2025

Bir daha bax

gorəsən-yazsaq,-duzələrlər?
  • Ölkə

Görəsən yazsaq, düzələrlər?

LIVE PRESS 01/11/2025
leyla-eliyeva-xeyriyyəcilik-fəaliyyəti-ilə-boyuk-sevgi-qazanib
  • Ölkə

Leyla Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə böyük sevgi qazanıb

LIVE PRESS 01/11/2025
jurnalist-duzab-alin:-azərbaycan-mustəmləkəcilik-movzusunda-aciq-səkildə-danismaga-raziliq-verən-ilk-olkədir  
  • Ölkə

Jurnalist Düzab Alin: Azərbaycan müstəmləkəçilik mövzusunda açıq şəkildə danışmağa razılıq verən ilk ölkədir  

LIVE PRESS 01/11/2025
azərbaycan-respublikasi-prezidentinin-2022-ci-il-21-oktyabr-tarixli-1862-nomrəli-fərmani-ilə-təsdiq-edilmis-“innovasiya-və-rəqəmsal-inkisaf-agentliyinin-nizamnaməsi”ndə-dəyisiklik-edilməsi-haqqinda
  • Ölkə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

LIVE PRESS 01/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Görəsən yazsaq, düzələrlər?
  • Leyla Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə böyük sevgi qazanıb
  • Jurnalist Düzab Alin: Azərbaycan müstəmləkəçilik mövzusunda açıq şəkildə danışmağa razılıq verən ilk ölkədir  
  • Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
  • Nyu Hampshire Senatı, Səsvermədən sonra.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.