Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək – 2025” təqaüd proqramının təqdimat mərasimi keçirilib   
  • Ölkə

“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək – 2025” təqaüd proqramının təqdimat mərasimi keçirilib   

LIVE PRESS 28/10/2025
“hənifə-məlikova-zərdabi-adina-qizlarin-təhsilinə-dəstək-–-2025”-təqaud-proqraminin-təqdimat-mərasimi-kecirilib - 

“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək – 2025” təqaüd proqramının təqdimat mərasimi keçirilib   

Oktyabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək – 2025” təqaüd proqramının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri səlahiyyətlərini icra edən İlqar Bayramlı “Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramından cari tədris ilində 93 tələbə qızın faydalandığını qeyd edib. O bildirib ki, ümumilikdə layihənin icrası dövründə 300-ə yaxın tələbə bu proqramda iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqaüd proqramının ölkənin parlaq gələcəyi naminə atılmış mühüm addımlardan biri olduğunu deyib. O bildirib ki, bu təqaüdü qazanan gənclər Azərbaycanın 57 rayonunu və 16 şəhərini təmsil edirlər. Bahar Muradova bu il ilk dəfə Naxçıvandan 14 nəfərin layihəyə qoşulduğunu qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev qadının cəmiyyətdəki mövqeyi, ictimai və sosial gücünün istənilən təhsil sisteminin keyfiyyətini və funksionallığını müəyyən edən əsas amillərdən biri olduğunu deyib. O bildirib ki, bu kimi layihələr qadınların təhsil imkanlarını genişləndirməklə yanaşı, ölkənin sosial və iqtisadi inkişafına mühüm töhfə verir.

Sonda təqaüd proqramına seçilən qızlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində həssas təbəqədən olan, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızların təhsilinə dəstək göstərilməsi məqsədilə onlara aylıq təqaüdlər ödəniləcək.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Dydx icması 462K dollara görə səsvermə təklifi
Next: M.A.Talıbovun Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsi

Related Stories

boyuk-britaniyanin-bas-naziri-turkiyənin-besinci-nəsil-kaan-təyyarəsi-ilə-tanis-olub
  • Ölkə

Böyük Britaniyanın Baş naziri Türkiyənin beşinci nəsil KAAN təyyarəsi ilə tanış olub

LIVE PRESS 28/10/2025
zəfər-yaralarimiza-məlhəm-oldu
  • Ölkə

Zəfər yaralarımıza məlhəm oldu

LIVE PRESS 28/10/2025
azərbaycan-qazaxistan:-orta-dəhlizdən-kecən-ortaq-maraqlar
  • Ölkə

Azərbaycan-Qazaxıstan: Orta dəhlizdən keçən ortaq maraqlar

LIVE PRESS 28/10/2025
PRESS
REKLAM YERI

Son Mesajlar

  • Böyük Britaniyanın Baş naziri Türkiyənin beşinci nəsil KAAN təyyarəsi ilə tanış olub
  • Zəfər yaralarımıza məlhəm oldu
  • Azərbaycan-Qazaxıstan: Orta dəhlizdən keçən ortaq maraqlar
  • Kikboksinq üzrə ölkə çempionatı və Bakı birinciliyi keçirilib  
  • T.B.Zöhrabovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Böyük Britaniyanın Baş naziri Türkiyənin beşinci nəsil KAAN təyyarəsi ilə tanış olub boyuk-britaniyanin-bas-naziri-turkiyənin-besinci-nəsil-kaan-təyyarəsi-ilə-tanis-olub 1
  • Ölkə

Böyük Britaniyanın Baş naziri Türkiyənin beşinci nəsil KAAN təyyarəsi ilə tanış olub

28/10/2025
Zəfər yaralarımıza məlhəm oldu zəfər-yaralarimiza-məlhəm-oldu 2
  • Ölkə

Zəfər yaralarımıza məlhəm oldu

28/10/2025
Azərbaycan-Qazaxıstan: Orta dəhlizdən keçən ortaq maraqlar azərbaycan-qazaxistan:-orta-dəhlizdən-kecən-ortaq-maraqlar 3
  • Ölkə

Azərbaycan-Qazaxıstan: Orta dəhlizdən keçən ortaq maraqlar

28/10/2025
Kikboksinq üzrə ölkə çempionatı və Bakı birinciliyi keçirilib   kikboksinq-uzrə-olkə-cempionati-və-baki-birinciliyi-kecirilib   4
  • Ölkə

Kikboksinq üzrə ölkə çempionatı və Bakı birinciliyi keçirilib  

28/10/2025
T.B.Zöhrabovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında tb.zohrabovun-iran-islam-respublikasinin-təbriz-səhərində-azərbaycan-respublikasinin-bas-konsulu-təyin-edilməsi-haqqinda 5
  • Ölkə

T.B.Zöhrabovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

28/10/2025

Bir daha bax

boyuk-britaniyanin-bas-naziri-turkiyənin-besinci-nəsil-kaan-təyyarəsi-ilə-tanis-olub
  • Ölkə

Böyük Britaniyanın Baş naziri Türkiyənin beşinci nəsil KAAN təyyarəsi ilə tanış olub

LIVE PRESS 28/10/2025
zəfər-yaralarimiza-məlhəm-oldu
  • Ölkə

Zəfər yaralarımıza məlhəm oldu

LIVE PRESS 28/10/2025
azərbaycan-qazaxistan:-orta-dəhlizdən-kecən-ortaq-maraqlar
  • Ölkə

Azərbaycan-Qazaxıstan: Orta dəhlizdən keçən ortaq maraqlar

LIVE PRESS 28/10/2025
kikboksinq-uzrə-olkə-cempionati-və-baki-birinciliyi-kecirilib  
  • Ölkə

Kikboksinq üzrə ölkə çempionatı və Bakı birinciliyi keçirilib  

LIVE PRESS 28/10/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Böyük Britaniyanın Baş naziri Türkiyənin beşinci nəsil KAAN təyyarəsi ilə tanış olub
  • Zəfər yaralarımıza məlhəm oldu
  • Azərbaycan-Qazaxıstan: Orta dəhlizdən keçən ortaq maraqlar
  • Kikboksinq üzrə ölkə çempionatı və Bakı birinciliyi keçirilib  
  • T.B.Zöhrabovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.