Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı – Məhsul bayramı keçirilib
  • Ölkə

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı – Məhsul bayramı keçirilib

LIVE PRESS 03/11/2025
ada-ibtidai-məktəbində-xeyriyyə-məqsədli-payiz-festivali-–-məhsul-bayrami-kecirilib

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı – Məhsul bayramı keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız festivalı – Məhsul bayramı böyük coşqu ilə qeyd edilib.

Bu barədə Universitetdən AZƏRTAC-a məlumat verilib.

Tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramı bu gün də bolluğun, ruzinin, bərəkətin və birliyin simvolu kimi qeyd olunur.

Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik adətlərimizi yaşatmaq və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirməkdir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət rəsmiləri, ADA Universitetinin və ADA Məktəbinin müəllimləri, tələbələri, tərəfdaş şirkətlər, valideynlər və məzunlar bir araya gəliblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayaraq, müxtəlif sahələrdən olan insanların bu bayramda ümumi məqsəd ətrafında bir araya gəldiklərini vurğulayıb. O, hər il miqyası və əhatə dairəsi genişlənən bu vacib təşəbbüsün gələcəkdə də davamlı olacağına inandığını qeyd edib.

Rəsmi hissədən sonra tədbir rəngarəng bədii proqramla davam edib. ADA Universitetinin tələbələri və məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar, musiqi və rəqs ifaları bayram ab-havasını daha da canlandırıb.

ADA ailəsinin üzvü, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın musiqili çıxışı isə tədbirə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.

Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olunub. Yığılan vəsait ADA İbtidai Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə seçiləcək təhsil məqsədli sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüslər Məhsul bayramının mənəvi dəyərini daha da artıraraq paylaşma və xeyirxahlıq ruhunu yaşadır.

Ötən il keçirilən Məhsul bayramı zamanı toplanan vəsait 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsində təşkil olunan təhsil layihələrinin reallaşdırılmasına sərf edilib.

Əsas və daimi tərəfdaş kimi “Veysəloğlu” Şirkətlər Qrupu, o cümlədən “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi, “Xonça” və “Rossmann” şirkətləri, həmçinin ADA Universitetinin əməkdaşlıq etdiyi “Paul”, “Fryday”, “Cinnabon”, “Şahdağ-E Arıçılıq”, “Absheron Olive Garden”, “Maxprint” və “Referans Medical Group” kimi şirkətlərin dəstəyi ilə keçirilən bu bayramda, ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək, şirniyyat və digər yerli istehsal nümunələri ilə yanaşı, qeyri-qida məhsulları da satışa çıxarılıb.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Kripto birjaları, başlanğıc mənzərəsi.
Next: ƏÜO-nun hərbi qulluqçularının iştirak etdiyi “Dağ komando kursu” başa çatıb

Related Stories

uefa-cempionlar-liqasi:-“qarabag”-–-“celsi”-oyununun-hakimləri-aciqlanib
  • Ölkə

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlanıb

LIVE PRESS 03/11/2025
azərbaycan-numayəndə-heyəti-ebu-dabi-beynəlxalq-neft-sərgisi-və-konfransinda-istirak-edib  
  • Ölkə

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  

LIVE PRESS 03/11/2025
azərbaycan-prezidenti:-artiq-bir-cox-olkələrə-hərbi-təyinatli-məhsul-ixrac-edirik  
  • Ölkə

Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  

LIVE PRESS 03/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • UEFA Çempionlar Liqası: “Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlanıb
  • Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  
  • Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  
  • Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur
  • Prezident: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlanıb uefa-cempionlar-liqasi:-“qarabag”-–-“celsi”-oyununun-hakimləri-aciqlanib 1
  • Ölkə

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlanıb

03/11/2025
Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib   azərbaycan-numayəndə-heyəti-ebu-dabi-beynəlxalq-neft-sərgisi-və-konfransinda-istirak-edib   2
  • Ölkə

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  

03/11/2025
Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik   azərbaycan-prezidenti:-artiq-bir-cox-olkələrə-hərbi-təyinatli-məhsul-ixrac-edirik   3
  • Ölkə

Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  

03/11/2025
Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur moldova-ilk-dəfə-unesco-icraiyyə-surasina-namizəd-olur 4
  • Ölkə

Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur

03/11/2025
Prezident: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır   prezident:-bir-necə-aydir-ki,-qarabagda-və-sərqi-zəngəzurda-boyuk-geoloji-islər-aparilir   5
  • Ölkə

Prezident: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır  

03/11/2025

Bir daha bax

uefa-cempionlar-liqasi:-“qarabag”-–-“celsi”-oyununun-hakimləri-aciqlanib
  • Ölkə

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlanıb

LIVE PRESS 03/11/2025
azərbaycan-numayəndə-heyəti-ebu-dabi-beynəlxalq-neft-sərgisi-və-konfransinda-istirak-edib  
  • Ölkə

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  

LIVE PRESS 03/11/2025
azərbaycan-prezidenti:-artiq-bir-cox-olkələrə-hərbi-təyinatli-məhsul-ixrac-edirik  
  • Ölkə

Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  

LIVE PRESS 03/11/2025
moldova-ilk-dəfə-unesco-icraiyyə-surasina-namizəd-olur
  • Ölkə

Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur

LIVE PRESS 03/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • UEFA Çempionlar Liqası: “Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlanıb
  • Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  
  • Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  
  • Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur
  • Prezident: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.