LIVEPRESS.MEDIA xəbər verir ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının Sərkarlar kəndində səyyar qəbul-görüşü keçirilib.

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Sərkarlar kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.

Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, Sərkarlar və Mollalı kəndlərini birləşdirən yolun qrederlə hamarlanması, elektrik enerjisinə mane yaradan yaşıllıqların budanması, kəndin giriş hissəsindəki transformatora ayrıc qoyulması, uşaq bağçasına qaz xəttinin çəkilməsi və maddi yardım olunması ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.




