LIVEPRESS.MEDIA xəbər verir ki, Bərdə rayonunda 8 Noyabr- Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam magistral yolunun kənarında (Uğurbəyli-Əliyanlı-Şirvanlı-Kətəlparaq kəndləri ərazisində) ümumilikdə 0.5 hektar sahədə ağacəkmə aksiyası keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında aparatın əməkdaşları, bələdiyyələr, İƏD üzrə nümayəndəliklərin işçiləri və rayon sakinləri fəal iştirak ediblər.

Aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib.

Zəfər bayramı münasibəti ilə keçirilən tədbir ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 400 ədəd eldar şamı əkilib.
