Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Xalqın birliyindən və inamından güc alan Lider
  • Ölkə

Xalqın birliyindən və inamından güc alan Lider

LIVE PRESS 07/11/2025

Son 200 ildə
Cənubi Qafqaz tarixin ən mürəkkəb və ziddiyyətli proseslərinin yaşandığı
regionlardan biri olub. Bu, bir həqiqətdir ki, yaşadığımız coğrafiyada əsrlər
boyu formalaşmış etnik-mədəni tarazlığın pozulması, xüsusilə XIX əsrdən
başlayaraq ermənilərin kütləvi şəkildə bölgəyə köçürülməsi, regionun siyasi xəritəsini
də, ictimai nizamını da kökündən dəyişdirdi.

Cənubi
Qafqazda geosiyasi marağı olan dövlətlərin planlı şəkildə həyata keçirdiyi bu
siyasət regionda təkcə demoqrafik vəziyyəti dəyişmədi, eyni zamanda xalqlar
arasında süni qarşıdurmaların yaranmasına, etimadın sarsılmasına və sabitliyin
pozulmasına gətirib çıxardı.

XX əsr isə
bu proseslərin ən faciəvi nəticələrini Azərbaycan xalqının taleyinə yazdı.
Deportasiyalar, qırğınlar, torpaqların işğalı və humanitar fəlakətlər
xalqımızın tarixinə qara hərflərlə həkk olundu. Bu hadisələr təkcə keçmişin
ağrılı xatirəsi deyil, həm də bu günün geosiyasi reallıqlarını formalaşdıran
mühüm tarixi dərslərdir.

Xalqımızın
başına gələn bəlaların bir səbəbi ermənilər, xain qonşularımız, əhatəmizdə yerləşən
böyük dövlətlər idisə, digər səbəbi də beynəlxaq siyasəti bilən, güclü sərkərdəlik
qabiliyyəti olan, xalq tərəfindən sevilən, öz xalqının gücünə arxalanan qətiyyətli
bir liderin olmaması idi.

Tanrı İlham
Əliyevi 200 ildən sonra xalqımızın qələbə dolu tarixini, zəfər salnaməsini
yenidən yazmaq üçün bir xilaskar olaraq göndərdi. Ona xilaskar da demək olar,
bir millətin arzusunun ifadəçisi də…

Düşmənə
qalib gəlmək üçün müasir silahlarla təchiz edilmiş, vahid mərkəzdən idarə
olunan ordunun, polad iradə və qətiyyətin olması əsas şərtdir. Eyni zamanda
döyüş meydanında qazanılan qələbəni dünya miqyasında qəbul etdirmək üçün güclü
diplomatik idarəetmə və zərgər dəqiqliyi ilə ölçülüb-biçilən siyasətin olması
çox şeyi həll edir.

Düşmən təkcə
sərhədlərimizi keçməmişdi. Bütün siyasi və diplomatik qayda-qanunları pozaraq
müvəqqəti qələbə eyforiyasına qapılıb bizə meydan oxuyurdu. İşğal altında
saxladığı torpaqlarda keçilməz dəmir-beton istehkamlar qurur, yeraltı tunellər
çəkir, beynəlxalq hüquqa məhəl qoymadan məskunlaşma aparır, tarixi adları dəyişdirir,
abidələri ya məhv edir, ya da saxtalaşdırırdı. Bunlar azmış kimi babalarımızın
at çapıb qılınc oynatdıqları qəhrəmanlıq meydanlarında şənliklər qurub milli
heysiyyətimizə toxunurdu. Düşmən o qədər harınlamışdı ki, qarşısındakının əzmini,
gücünü və nəyə qadir olduğunu qiymətləndirə bilmirdi.

Prezident
İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən düşməni həm siyasi, həm də
diplomatik meydanda küncə sıxışdırdı. Ordu quruculuğuna ayrılan xərclərin
artırılması, modern silahların alınması, hərbi intizamın gücləndirilməsi ilə
qarşı tərəfə daim xəbərdarlıq da edirdi: “Əgər Qarabağ problemi sülh yolu
ilə həll olunmasa, müharibə qaçılmazdır”. “Biz torpaqlarımızın bir
qarışını belə güzəştə getməyəcəyik. Qarabağ Azərbaycandır!” Bu qətiyyətli
mövqe artıq müharibənin qaçılmaz olduğundan xəbər verirdi.

Xalqının məsuliyyətini
dərk edən lider olmaq hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Azərbaycanın bəxti
onda gətirdi ki, İlham Əliyev kimi rasional hesablama qabiliyyətinə malik, nəyi
nə zaman edəcəyini dəqiqliklə bilən praqmatik bir lideri var.

2020-ci il
dünya üçün pandemiya ili olsa da, Azərbaycan üçün həm də möhtəşəm Qələbə ili
kimi tarixə yazıldı. 2020-ci il həyatımızı zəhərləyən viruskimilərin üzərində
çalınan Zəfər ili kimi yaddaşımıza möhürünü vurdu.

Azğınlaşan
düşmən 2020-ci ilin isti yay günlərində Tovuz rayonu istiqamətində sərhədlərimizə
təcavüz edərək yeni təxribatlara əl atdı. Generalımız, əsgər və zabitlərimiz şəhid
oldular. Bu hadisə xalqı ayağa qaldırdı. Gənclər “Ya Qarabağ, ya
ölüm!” deyərək hərbi komissarlıqlara axışdı. Ali Baş Komandan öz xalqının
qətiyyətini görüb “dəmir yumruğ”unu düyünlədi və düşmənə son mesajını
verdi.

2020-ci il
sentyabrın 27-də düşmən artilleriyanın gücündən istifadə edərək bütün cəbhə
boyu ordumuzun yerləşdiyi əraziləri və dinc əhalinin yaşadığı yaşayış məntəqələrini
atəşə tutdu. Məqsəd yeni ərazilər zəbt etmək idi. Amma düşmən yanılırdı. İndi
qarşılarında 1990-cı illərin nizamsız ordusu yox, müasir, güclü, nizamlı Azərbaycan
Ordusu, həm də xalqın birliyindən və inamından güc alan qətiyyətli Ali Baş
Komandan var idi.

Prezident
xalqa müraciət edərək düşmənin xain hücumu barədə məlumat verdi. Ali Baş
Komandan qətiyyətli çıxışı, səmimiyyəti ilə xalqda möhkəm inam yaratdı. Bu inam
milləti bir yumruq kimi birləşdirdi. Elə döyüşün ilk saatlarından qazandığımız
uğurlar göstərdi ki, ordunun gücləndirilməsi üçün aparılan tədbirlər öz bəhrəsini
verir.

Müharibə təkcə
döyüş zonasında getmirdi, informasiya və diplomatiya cəbhəsində də vəziyyət
olduqca gərginləşmişdi. Ermənipərəst medianın, muzdlu jurnalistlərin ölkəmizə
qarşı hücumu səngimək bilmirdi. Dövlətimizin başçısı dəmir məntiqi, sarsılmaz
arqumentləri ilə muzdlu jurnalistləri susdurub yerlərində oturtdu. Hətta bəziləri
dalana dirəndiklərini etiraf etmək məcburiyyətində qaldılar.

Prezidentin
hər çıxışı əsgərlərimizdə ruh yüksəliyi yaradır, ordunun döyüş əzmini daha da
artırırdı. Yaralı hərbçilərlə görüşündə dövlətimizin başçısının hər bir əsgərə
ata qayğısı ilə yanaşması xalqımızın yaddaşına əbədi yazıldı.

44 günlük Vətən
müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı Vətəni üçün canından keçməyə
hazırdır. Biz o günlərdə oğlunun tabutunu çiynində aparan ananı, həyat
yoldaşının əsgər formasını geyinib “Təki Vətən sağ olsun” deyən
qadını, qardaşının cənazəsinə girən bacını gördük. Yaralı yoldaşını belində
daşıyaraq döyüşən igidləri, şəhid olmuş döyüş yoldaşının nəşini kilometrlərlə
çiyinlərində aparan mərd oğulları gördük. Bütün bunlar xalqımızın möhkəm,
qırılmaz iradəsini, qələbə ruhunu,Vətən sevgisini, bütövlüyünü əks etdirən
kefiyyətlər idi.

Bu mübarizə
göstərdi ki, Azərbaycan xalqı bir olduqda qarşısında heç bir güc dayana bilməz.
İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun yenilməz qəhrəmanlığı və xalqın
sarsılmaz birliyi tariximizin ən parlaq səhifəsini yaratdı. Biz bu zəfəri
yalnız torpaqlarımızı azad etməklə qazanmadıq, – biz özümüzü, ruhumuzu, milli ləyaqətimizi
azad etdik. Şəhidlərimizin müqəddəs qanı ilə yazılan bu Qələbə əbədi dövlətimizin
dayağı, millətimizin qüruru, gələcək nəsillərin yol göstəricisi olacaq.
Qarabağda ucalan hər bir ev, tikilən hər bir məktəb, açılan hər bir ocaq bu
xalqın əzmini, gücünü, birliyini təbliğ edəcək. Azərbaycan 44 gündə təkcə
torpaqlarını deyil, həm də gələcəyini qazandı. Bizi gözəl gələcəyə aparan yolun
adı Qələbədir!

 

Elşən
QƏNİYEV,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Xalqımız tarixi qələbə ilə hər zaman öyünəcək
Next: ABŞ Prezidenti: Tramp marşrutu beynəlxalq sülh üçün böyük razılaşmadır

Related Stories

azərbaycan-neftinin-qiyməti-65-dollardan-asagi-dusub  
  • Ölkə

Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb  

LIVE PRESS 07/11/2025
islamabad-səhəri-azərbaycan-bayragina-burunub
  • Ölkə

İslamabad şəhəri Azərbaycan bayrağına bürünüb

LIVE PRESS 07/11/2025
susanin-azad-olunmasi-azərbaycanin-hərbi-strateji-uguru-idi  
  • Ölkə

Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi  

LIVE PRESS 07/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb  
  • İslamabad şəhəri Azərbaycan bayrağına bürünüb
  • Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi  
  • ABŞ Prezidenti: Tramp marşrutu beynəlxalq sülh üçün böyük razılaşmadır
  • Xalqın birliyindən və inamından güc alan Lider

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb   azərbaycan-neftinin-qiyməti-65-dollardan-asagi-dusub   1
  • Ölkə

Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb  

07/11/2025
İslamabad şəhəri Azərbaycan bayrağına bürünüb islamabad-səhəri-azərbaycan-bayragina-burunub 2
  • Ölkə

İslamabad şəhəri Azərbaycan bayrağına bürünüb

07/11/2025
Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi   susanin-azad-olunmasi-azərbaycanin-hərbi-strateji-uguru-idi   3
  • Ölkə

Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi  

07/11/2025
ABŞ Prezidenti: Tramp marşrutu beynəlxalq sülh üçün böyük razılaşmadır abs-prezidenti:-tramp-marsrutu-beynəlxalq-sulh-ucun-boyuk-razilasmadir 4
  • Ölkə

ABŞ Prezidenti: Tramp marşrutu beynəlxalq sülh üçün böyük razılaşmadır

07/11/2025
Xalqın birliyindən və inamından güc alan Lider 5
  • Ölkə

Xalqın birliyindən və inamından güc alan Lider

07/11/2025

Bir daha bax

azərbaycan-neftinin-qiyməti-65-dollardan-asagi-dusub  
  • Ölkə

Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb  

LIVE PRESS 07/11/2025
islamabad-səhəri-azərbaycan-bayragina-burunub
  • Ölkə

İslamabad şəhəri Azərbaycan bayrağına bürünüb

LIVE PRESS 07/11/2025
susanin-azad-olunmasi-azərbaycanin-hərbi-strateji-uguru-idi  
  • Ölkə

Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi  

LIVE PRESS 07/11/2025
abs-prezidenti:-tramp-marsrutu-beynəlxalq-sulh-ucun-boyuk-razilasmadir
  • Ölkə

ABŞ Prezidenti: Tramp marşrutu beynəlxalq sülh üçün böyük razılaşmadır

LIVE PRESS 07/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb  
  • İslamabad şəhəri Azərbaycan bayrağına bürünüb
  • Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi  
  • ABŞ Prezidenti: Tramp marşrutu beynəlxalq sülh üçün böyük razılaşmadır
  • Xalqın birliyindən və inamından güc alan Lider
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.