Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Pəncəli Teymurovun anası: Prezident Zəfər Bayramı münasibətilə bizi ikiqat sevindirdi
  • Ölkə

Pəncəli Teymurovun anası: Prezident Zəfər Bayramı münasibətilə bizi ikiqat sevindirdi

LIVE PRESS 08/11/2025
pəncəli-teymurovun-anasi:-prezident-zəfər-bayrami-munasibətilə-bizi-ikiqat-sevindirdi

Pəncəli Teymurovun anası: Prezident Zəfər Bayramı münasibətilə bizi ikiqat sevindirdi

Ölkə başçısının Zəfər Gününün 5-ci ildönümündə imzaladığı Sərəncam Teymurovlar ailəsi ilə yanaşı, bütün xalqımızın böyük sevincinə səbəb olub. Belə ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Pəncəli Teymurova Milli Qəhrəman adı verilib.

AZƏRTAC xəbər verir ki, XTQ mənsubu “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 2013-cü ildə ailə həyatı quraraq öz toyunda özünə şəhidlik arzulayan Pəncəli hələ uşaqlıqdan Xocalıda həmvətənlərimizin başına gətirilən müsibətləri tez-tez xatırlayıb, hərbçi olacağına söz vermişdi. Elə də olur. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənə şərəflə xidmət etdi. XTQ mənsubu kimi o, xidməti dövründə yuxarı komandanlığın verdiyi hərbi tapşırıqları həmişə uğurla icra etmişdir. Pəncəli silahdaşları ilə birgə ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilmişdi. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 2016-cı il aprelin 3-də döyüşdə şəhid olub. Doqquz ildir oğluna Milli Qəhrəman adı veriləcəyi ümidi ilə yaşayan Pəncəlinin anası Vahimə ana deyir ki, sevincimizin həddi-hüdudu yoxdur: “Bu anı 9 ildir gözləyirdim. Zəfər Bayramı münasibətilə Prezidentimiz bizi iki dəfə sevindirdi. Allah ona cansağlığı versin. Allah ona kömək olsun. Bu, bizim üçün böyük sevincdir, qürurdur. Allah onu xalqımızın başından əskik etməsin. Şəhidin ildönümündən gəlirdim. Yolda bu sevincli xəbəri eşitdim. Mən 9 ildə belə sevinc hissi keçirməmişdim. İndi də çox həyəcanlıyam. Bütün şəhidlərimizin ruhu şad olsun. Allah zabit və əsgərlərimizə kömək olsun. Bayrağımız həmişə yüksəklərdə dalğalansın”.

Pəncəlinin kiçik qardaşı, tarix müəllimi Famil Teymurov deyir ki, bu gün təhsil idarəsində Zəfər Günü ilə bağlı tədbirdə idim. Xəbər mənə çatanda göz yaşlarımı saxlaya bilmədim: “Doqquz ildir Prezidentin bu Sərəncamını gözləyirdik. Bu gün bizi sevindirdi. Qardaşıma ən ali ad olan Milli Qəhrəman adını verdi. Sevincimizin hüdudu yoxdur. Teymurovlar adından Prezidentə təşəkkürümü bildirirəm. Allah Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”.

Düşmənin qara kabusuna çevrilmiş Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi kəşfiyyatçısı Pəncəli Teymurov böyük izdihamla 2016-cı il aprel ayının 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib. Nümunəvi xidməti ilə sağlığında bir çox medal və mükafatlara layiq görülən Pəncəli ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunur. Bu gün isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu – ölümündən sonra Milli Qəhrəman adı ilə təltif edilib.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Kanadalı professor: “Əcnəbilər aya hədiyyə edə bilər”.
Next: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”.

Related Stories

turkiyə-prezidenti-rəcəb-tayyib-erdogan-azərbaycana-səfərə-gəlib  
  • Ölkə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

LIVE PRESS 08/11/2025
prezident-ilham-eliyev-və-birinci-xanim-mehriban-eliyeva-ulu-ondər-heydər-eliyevin-məzarini-ziyarət-ediblər  
  • Ölkə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

LIVE PRESS 08/11/2025
tariximizin-ən-parlaq-səhifəsi
  • Ölkə

Tariximizin ən parlaq səhifəsi

LIVE PRESS 08/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  
  • Tariximizin ən parlaq səhifəsi
  • “Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ
  • Xankəndidə Zəfər təntənəsi

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib   turkiyə-prezidenti-rəcəb-tayyib-erdogan-azərbaycana-səfərə-gəlib   1
  • Ölkə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

08/11/2025
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər   prezident-ilham-eliyev-və-birinci-xanim-mehriban-eliyeva-ulu-ondər-heydər-eliyevin-məzarini-ziyarət-ediblər   2
  • Ölkə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

08/11/2025
Tariximizin ən parlaq səhifəsi tariximizin-ən-parlaq-səhifəsi 3
  • Ölkə

Tariximizin ən parlaq səhifəsi

08/11/2025
“Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ “dəmir-yumrug”un-yaratdigi-esl-realliq 4
  • Ölkə

“Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ

08/11/2025
Xankəndidə Zəfər təntənəsi xankəndidə-zəfər-təntənəsi 5
  • Ölkə

Xankəndidə Zəfər təntənəsi

08/11/2025

Bir daha bax

turkiyə-prezidenti-rəcəb-tayyib-erdogan-azərbaycana-səfərə-gəlib  
  • Ölkə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

LIVE PRESS 08/11/2025
prezident-ilham-eliyev-və-birinci-xanim-mehriban-eliyeva-ulu-ondər-heydər-eliyevin-məzarini-ziyarət-ediblər  
  • Ölkə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

LIVE PRESS 08/11/2025
tariximizin-ən-parlaq-səhifəsi
  • Ölkə

Tariximizin ən parlaq səhifəsi

LIVE PRESS 08/11/2025
“dəmir-yumrug”un-yaratdigi-esl-realliq
  • Ölkə

“Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ

LIVE PRESS 08/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  
  • Tariximizin ən parlaq səhifəsi
  • “Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ
  • Xankəndidə Zəfər təntənəsi
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.