Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • COP30-un sədrliyi qəti tədbirlər və əməkdaşlığa çağırış edib  
  • Ölkə

COP30-un sədrliyi qəti tədbirlər və əməkdaşlığa çağırış edib  

LIVE PRESS 09/11/2025
cop30-un-sədrliyi-qəti-tədbirlər-və-əməkdasliga-cagiris-edib  

COP30-un sədrliyi qəti tədbirlər və əməkdaşlığa çağırış edib  

Elmi ictimaiyyətdə artan narahatlıq fonunda və Paris Sazişinin ruhuna uyğun olaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP30) sədri, səfir Andre Korrea du Laqo qlobal ictimaiyyətə iqlim böhranına qarşı qəti və birgə şəkildə hərəkət etməyə çağıran doqquzuncu açıq məktubunu dərc edib.

AZƏRTAC COP30-un rəsmi saytına istinadla xəbər verir ki, Braziliyanın Belen şəhərində başlayacaq konfransa həsr olunan məktubda sədr hökumətləri, beynəlxalq institutları və qlobal tərəfdaşları “qlobal iqlim boşluqlarını transformasiya vasitələrinə çevirməyə” səsləyib.

“Bu gün əsas vəzifə təkcə çatışmazlıqları müəyyənləşdirmək deyil, həm də irəliləyişi təmin edə biləcək resursları səfərbər etməkdir, yəni ambisiyalar, maliyyə və texnologiya çatışmazlığını hərəkətverici qüvvəyə çevirmək lazımdır”, – deyə Andre Korrea du Laqo qeyd edib.

O vurğulayıb ki, Paris Sazişi öz effektivliyini sübut edib.

Məktubda qeyd olunur ki, milli səviyyədə müəyyən olunan töhfələr (NDCs), milli adaptasiya planları (NAPs), şəffaflıq üzrə ikiillik hesabatlar (BTRs) və Genişləndirilmiş Şəffaflıq Sistemi (ETF) artıq qlobal iqlim idarəçiliyinin əsas alətlərinə çevrilib.

Braziliyanın COP30-a sədrliyinin üç strateji prioriteti də məktubda təsdiqlənib:

1. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində çoxtərəfli yanaşma və iqlim rejimini gücləndirmək;

2. İqlim gündəliyini real iqtisadiyyat və insanların gündəlik həyatı ilə əlaqələndirmək;

3. Paris Sazişinin həyata keçirilməsini sürətləndirmək.

Məktubun əsas ideyası “ambisiya” anlayışının yenidən dəyərləndirilməsidir: indi ambisiyalılığın əsas göstəricisi təmiz enerji, meşələrin bərpası, metan emissiyalarının azaldılması və rəqəmsal infrastruktur kimi zəruri tədbirlərin daha sürətlə həyata keçirilməsi olmalıdır. Dünyanın bu sahələrdə daha tez və ədalətli şəkildə hərəkət etməsi vacibdir.

Xüsusi diqqət “Fəaliyyət Gündəliyi”nə (Action Agenda) yönəlib. Bu təşəbbüs altı tematik istiqamət üzrə strukturlaşdırılıb və “canlı ekosistem mexanizmi” kimi fəaliyyət göstərəcək dünyadakı təşəbbüsləri və iştirakçıları birləşdirərək “müsbət dönüş nöqtələrinə” nail olmağı hədəfləyir.

Braziliyanın sədrliyi həmçinin Amazon meşələrinin qlobal iqlim həllərindəki aparıcı rolunu vurğulayıb. Ölkədə meşələrin qırılma səviyyəsinin ardıcıl üçüncü ildir azalması və “Tropical Forests Forever Fund” kimi yeni maliyyə mexanizmlərinin işə düşməsi fonunda, Andre Korrea du Laqo qeyd edib ki, ekosistemlərin və insanların qorunması yanaşı şəkildə aparılmalıdır.

“Belendə həqiqət transformasiya ilə qovuşmalıdır, elm isə həmrəyliyin tərkib hissəsinə çevrilməlidir. Biz iqlim mübarizəmizi böhrandan irəliləyişə çevirə bilərik”, – deyə o qeyd edib.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous:  Güclü dövlətin güclü də ordusu olur  
Next: Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO  

Related Stories

zəfər-yolumuz-davam-edir
  • Ölkə

Zəfər yolumuz davam edir

LIVE PRESS 09/11/2025
eliyarin-donusu-–-34-ilin-səssiz-səhadəti
  • Ölkə

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

LIVE PRESS 09/11/2025
deputat:-hərbi-parad-son-5-ildə-azərbaycanin-daha-da-gucləndiyini-bir-daha-təsdiqlədi-serh  
  • Ölkə

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

LIVE PRESS 09/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Zəfər yolumuz davam edir
  • Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti
  • Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  
  • Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  
  • “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Zəfər yolumuz davam edir zəfər-yolumuz-davam-edir 1
  • Ölkə

Zəfər yolumuz davam edir

09/11/2025
Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti eliyarin-donusu-–-34-ilin-səssiz-səhadəti 2
  • Ölkə

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

09/11/2025
Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH   deputat:-hərbi-parad-son-5-ildə-azərbaycanin-daha-da-gucləndiyini-bir-daha-təsdiqlədi-serh   3
  • Ölkə

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

09/11/2025
Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib   azərbaycanin-irandaki-səfirliyi-zəfər-gunu-munasibətilə-rəsmi-qəbul-kecirib   4
  • Ölkə

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

09/11/2025
“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib   “azergold”-“zəfər”-adli-yeni-qizil-sikkə-kolleksiyasini-təqdim-edib   5
  • Ölkə

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

09/11/2025

Bir daha bax

zəfər-yolumuz-davam-edir
  • Ölkə

Zəfər yolumuz davam edir

LIVE PRESS 09/11/2025
eliyarin-donusu-–-34-ilin-səssiz-səhadəti
  • Ölkə

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

LIVE PRESS 09/11/2025
deputat:-hərbi-parad-son-5-ildə-azərbaycanin-daha-da-gucləndiyini-bir-daha-təsdiqlədi-serh  
  • Ölkə

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

LIVE PRESS 09/11/2025
azərbaycanin-irandaki-səfirliyi-zəfər-gunu-munasibətilə-rəsmi-qəbul-kecirib  
  • Ölkə

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

LIVE PRESS 09/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Zəfər yolumuz davam edir
  • Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti
  • Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  
  • Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  
  • “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.