Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Qürur tariximiz
  • Ölkə

Qürur tariximiz

LIVE PRESS 20/01/2026 17 minutes read
qurur-tariximiz

Qürur tariximiz

20 Yanvar faciəsindən 36 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində qanlı qırğınlar törətdiyi o məşum saatlarda doğulmuş körpələrin artıq 36 yaşı var. Gənc nəsil üçün o günlər Bakıdakı Şəhidlər xiyabanında, paytaxtda və regionlarda 20 Yanvar şəhidlərinin xatirəsini yaşadan abidələrdə, adlarda simvollaşan tarixdir.

Bu tarixi yaşadıb nəsillərdən-nəsillərə ötürmək hər bir azərbaycanlının öz milli varlığı qarşısındakı mənəvi borcudur. Çünki 20 Yanvar bütün ağrı-acılarına, məşəqqətlərinə, verdiyimiz itkilərə rəğmən çoxəsrlik tariximizin ən qürurlu anlarındandır. O gecə haqq nahaqqa, ədalət zora, sevgi zalıma qalib gəldi, Bakı küçələrində ölümsaçan sovet tanklarının qarşısına əliyalın çıxmış Azərbaycan insanlarının fədakarlığı, igidliyi, milli qeyrəti qarşısında böyük bir imperiya tarix səhnəsində təslim oldu.

Bütün dünya ictimaiyyəti heç bir ölçüyə sığmayan haqsızlığın miqyasının, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığının şahidinə çevrildi. Bu qanlı tarixi unutdurmaq üçün vaxtilə nə qədər təşəbbüslər oldu: qəzetlər buraxılmadı, dövlət televiziyasının enerji bloku partladıldı, ölkənin bütün kütləvi informasiya vasitələri iflic vəziyyətinə salındı. Hətta 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr bilərəkdən təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum olundu. Lakin xəyanətkarlar nədənsə anlamırdılar ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin azadlığı və müstəqilliyi uğrunda ən ağır sınaqlara dözmək, hətta şəhid vermək şücaətini bütün dünyaya göstərmək əzmindədir.

Bu qanlı tarix – 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında  əsas amillərdən biri oldu.

Həmin gün 147 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 744 vətəndaşımızın yaralanması xalqımız üçün böyük dərd idi. Lakin bu hadisə eyni zamanda insanlarımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin dönüş nöqtəsinə çevrildi. O gecə xalq  həm də vətən uğrunda həlak olan qəhrəmanlarını tanıdı.    

 

Müstəqillik mübarizəsinin simvolu

Ötən əsrin 80-ci illərinin sonlarına doğru keçmiş Sovet İttifaqı dərin iqtisadi-siyasi böhran keçirirdi. Sovet İttifaqının beynəlxalq səhnədən də təcrid edilməsi güclənmişdi. SSRİ-nin xarici siyasətindəki tənəzzül, xüsusilə Avropa və digər bölgələrdəki müstəqillik hərəkatları sovetlərin nüfuzunu xeyli zəiflətmişdi. 1989-cu ildə Berlin divarının yıxılması və Şərqi Avropadakı inqilablar Sovet İttifaqının artıq keçmiş gücünü qorumaqda çətinlik çəkdiyini göstərirdi. Bu beynəlxalq təzyiqlər də Sovet İttifaqının daxili çətinliklərinə əlavə olaraq, onun dağılması prosesini yaxınlaşdırırdı. Yarıtmaz fəaliyyəti ilə böhranı daha da kəskinləşdirən M.S.Qorbaçov özünəməxsus avantürizmlə vəziyyəti “yenidənqurma” və “şəffaflıq” kimi boş ifadələrlə dəyişməyə çalışsa da, gözlənilənlərin tamam əksi oldu. İslahat cəhdləri milli respublikalar arasında, o cümlədən Azərbaycanda müstəqillik istəyini daha da gücləndirdi. Bu istək təbii idi, çünki reallıqları aydın müşahidə edib obyektiv dəyərləndirməyi bacaran hər kəs birlik, ittifaq adı altında Azərbaycana qarşı necə haqsızlıqların edildiyini, ermənilərin ərazi iddialarının mərkəzdən necə körükləndiyini, onlara nələrinsə qarşılığında ən yüksək səviyyədə böyük dəstək verildiyini yaxşı görürdü. 

Üstəlik, Azərbaycanın zəngin sərvətləri illərlə yağıcasına qarət edilib aparılırdı, resurslarımız respublikamızın inkişafına sərf olunmurdu. Bunun nəticəsində nəinki ucqar əyalətlərdə, hətta Bakıya yaxın qəsəbə və kəndlərdə belə yaşayış üçün normal infrastruktur yox idi. 

Ümummilli Lider Heydər Əliyevin SSRİ rəhbərliyindəki vəzifəsindən qərəzli şəkildə uzaqlaşdırılmasından dərhal sonra erməni separatçılarının Kremldən aldıqları dəstəklə onların ərazi iddialarına cavab olaraq Azərbaycan Sovet İttifaqının siyasi quruluşuna qarşı güclü müstəqillik hərəkatının başladığı respublika kimi ön plana çıxdı. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda bu dalğanın yüksəlməsinin qarşısını müəyyən qədər alsa da, əhalinin narazılığını qətiyyən boğa bilmədi. Millətin səbri artıq tükənmişdi.

1988-ci ildən etibarən Azərbaycanda müstəqillik istəyini açıq şəkildə ortaya qoyan və sovet rəhbərliyinin təzyiqlərinə dözməyən siyasi-sosial hərəkatlar gücləndi. Azərbaycan xalqı xüsusilə 20 Yanvar faciəsi zamanı sovet rejiminin qəddar hərbi müdaxiləsinə cavab olaraq öz istiqlal haqqını müdafiə etdi və bu qəhrəmanlıq mübarizəsi digər respublikalara da ilham verdi. Bu mənada 20 Yanvar faciəsi bütün keçmiş SSRİ məkanında müstəqillik mübarizəsinin simvoluna çevrildi. 

Tarix şərtlərlə danışmağı sevmir

Hər dəfə Şəhidlər xiyabanını ziyarət edəndə başdaşlarından boylanan o məsum baxışları görüncə düşünürsən ki, görəsən 20 Yanvar faciəsi baş verməyə bilərdimi? Tarix şərtlərlə danışmağı sevmir, zamanın çarxını geri çevirib, baş verənlərin ssenarisini istəklərinə uyğun yazmaq, əfsuslar olsun ki, mümkün deyil. Amma bəzi ssenariləri nəzərdən keçirəndə fikirləşirsən ki, sovet və Azərbaycan rəhbərliyi arasında daha çox danışıqlar, anlaşmalar, müzakirələr bəlkə də hərbi müdaxilənin qarşısını alardı, bu boyda faciə baş verməzdi. Amma o dövrdə Azərbaycana rəhbərlik edənlərin yarıtmazlığı, kölgəsindən qorxması, xalqın taleyini deyil, şəxsi mənafelərini düşünməsi, xəyanətkar xisləti bu ssenarini istisna edirdi.  

Azərbaycanda xalqın apardığı müstəqillik mübarizəsi o zaman beynəlxalq ictimaiyyət tərəfindən daha çox dəstəklənsəydi, Sovet İttifaqı belə bir hərbi müdaxiləyə bəlkə də cəsarət etməzdi. Bununla belə Azərbaycanda yüzlərlə dinc vətəndaşın vəhşicəsinə qətlinə verilən bəzi beynəlxalq reaksiyalar, ayrı-ayrı böyük güclərin dərhal hadisə üzərində öz regional oyunlarını qurub xalqımızın deyil, zorun, SSRİ-nin totalitar dövlət aparatının yanında görünməsi bu ehtimala da yer qoymurdu.  

Sovet İttifaqının öz daxilindəki zəifliklər, siyasi dəyişikliklər, dərin çatlar bəlkə də  tədricən məntiqi iflas sonluğuna çatıb 20 Yanvar faciəsinin qarşısını ala bilərdi. Amma buna hələ xeyli vaxt vardı, keçmiş SSRİ zəifləsə də, qanlı dişləri hələ tökülməmişdi. 

Bu düşüncələr içində özün üçün qət edirsən ki, 20 Yanvar faciəsi o dövrün siyasi və hərbi şəraitinə görə müəyyən dərəcədə qaçılmaz idi. Xalqımızın müstəqillik mübarizəsi Sovet İttifaqının totalitar rejimi tərəfindən ciddi şəkildə təqib edildiyi bir dövrdə baş verirdi. Sovet rəhbərliyi Azərbaycandakı müstəqillik və azadlıq hərəkatını heç bir vəchlə qəbul etmir, onun qarşısını almağa çalışırdı. 

20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyinin necə və hansı çətinliklər hesabına başa gəldiyini, xalqımızın və dövlətimizin tarixində yalnız bir faciə olmaqla qalmadığını, həm də bir çox mənəvi və siyasi əhəmiyyətli nəticəyə gətirib çıxardığını göstərir. Bu hadisə Azərbaycan müstəqilliyinə gedən yolda mühüm bir dönəm oldu və xalqın iradəsinin möhkəmliyini, dövlətin müstəqillik əzmini simvolizə etdi.

Tarixə bir nəzər: o zaman Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi A.İ.Volskinin başçılığı ilə yaradılmış Xüsusi İdarəetmə Komitəsinə həvalə olunmuşdu. SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərdə belə bir təsəvvür yaratmağa çalışırdı ki, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm də Ermənistana münasibətdə bərabərlik mövqeyindən çıxış edir. Halbuki Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibət açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 1988-ci ildən əvvəl də SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində və Ermənistanın müxtəlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüzə məruz qalırdılar. Bu, 1988-ci ildə Ermənistanda, eləcə də DQMV-də başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi də hesab edilə bilərdi.

Ermənistanda yaşayan azərbaycanlılar misli görünməmiş qəddarlıqla ata-baba yurdlarından çıxarılmağa məcbur edilən zaman neçə-neçə soydaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. Bütün bunlar SSRİ rəsmiləri tərəfindən tam sükutla müşayiət olunurdu. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün xalq ayağa qalxdı. SSRİ rəhbərliyi isə hüququ pozulan azərbaycanlılara divan tutmaq yolunu seçdi.

O gecə nəbzi Azərbaycan adı ilə döyünən hər kəs Vətənin istiqlalı uğrunda döyüşürdü. Soydaşlarımızın əllərində silah yox idi, silah zalımlarda – imperiya nökərlərində idi, amma əliyalın sovet tanklarının qarşısına çıxmış insanların qəlbindəki sevgi bu silahlardan, onların ölümsaçan güllələrindən çox-çox güclü idi. Qətlə yetirilərkən ürəyinin üstündən bir parça kağıza yazdığı “And” çıxan Ülvi Bünyadzadəni, İlham və Fərizənin qüssəli sevgi hekayətini, başqa şəhidlərimizin yarımçıq qırılmış ömrünü, həmin gecə yaralanmış unudulmaz müəllimimiz Əliş Nəbilini, 20 Yanvar faciəsindən bir neçə gün sonra ürəyi partlayan görkəmli aktyorumuz Hamlet Xanızadəni və digər mərd, vətənpərvər insanlarımızı kim unudar?!

O məşum gecə bitmişdi, təqvim də yerini yeni səhərlərə, yeni gecələrə vermişdi, amma istiqlal mübarizəsi davam edirdi. 

Heydər Əliyev qətiyyəti

20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsini daha da gücləndirdi. Faciə nəticəsində xalqın birliyi və azadlıq istəyi daha da möhkəmləndi. Verilən qurbanlar müstəqillik uğrunda mübarizəni daha da alovlandırdı və bunun daha geniş kütlələrə yayılmasına səbəb oldu. Sovet İttifaqının Azərbaycan üzərindəki azadlıq istəklərinə qarşı sərt reaksiyası ölkədə müstəqillik istəyinin hər keçən gün daha da artmasına şərait yaratdı. 20 Yanvar faciəsindən bir müddət sonra – 1991-ci ilin 18 oktyabrında Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini elan edərək istiqlalına qovuşdu. 

20 Yanvar hadisəsi xalqın qəhrəmanlıq ruhunu yüksəltdi. Şəhidlərin xatirəsi müstəqil Azərbaycan üçün simvolik bir mənaya çevrildi. 

20 Yanvar faciəsi beynəlxalq ictimaiyyətin diqqətini çəkdi. Bu hadisə dünya səviyyəsində böyük səs-küyə səbəb oldu və dünya güclərinin məkrli oyunlarına, ikrah doğuran mövqelərinə rəğmən milyonlarla sadə insan Sovet İttifaqının Azərbaycanın müstəqilliyinə qarşı hərbi müdaxiləsini, dinc insanları qətlə yetirməsini qətiyyətlə pislədi. 

Bu faciənin beynəlxalq əks-sədasında həmin dövrdə Moskvada qeyri-rəsmi təcrid vəziyyətində yaşayan Ümummilli Lider Heydər Əliyevin böyük rolu oldu. Faciənin səhəri günü bütün çətinliklərə, maneələrə, təxribat ehtimallarına, hətta  sui-qəsd riskinə baxmayaraq, Ulu Öndər ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Xalqımızla həmrəylik nümayiş etdirdi. Xarici media mənsublarının iştirakı ilə Azərbaycan nümayəndəliyində geniş mətbuat konfransı keçirib faciənin səbəbkarlarını, həmçinin 20 Yanvar canisi M.S.Qorbaçovu beynəlxalq ictimaiyyət önündə ifşa etdi.

Ulu Öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider oldu. Sarsıntı içərisində yaşayan xalqımız Ümummilli Liderin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı gördü. Bəyanatda Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması qarşıya qoyuldu. Həmin məsələ Ümummilli Liderin fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını qoruyub saxladı. Heydər Əliyev həmişə bu mövqedə olmuşdur ki, xalqa qarşı törədilən hər hansı cinayət cəzasız qalmamalıdır. Təsadüfi deyil ki, hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında – onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Həmin il noyabrın 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması əksini tapdı. Sənəddə ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalandı və onların birbaşa məsuliyyət daşıdıqları göstərildi. Bu, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi.

Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olundu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. 

Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda 20 Yanvar hadisələrinin əsl səbəblərini açıqladı. Bu, xalqımızın, dövlətimizin milli tariximiz qarşısında müqəddəs borcu idi. Xalqımız milli azadlıq mübarizəsini şanlı tariximizin fonunda yenidən qiymətləndirdi. 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” xüsusi qərar qəbul edildi. Ümummilli Liderin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.

20 Yanvar faciəsi Azərbaycanda insan hüquqları və demokratiya uğrunda mübarizənin də simvoluna çevrildi. Bu tarixin qürur dolu hekayəsi, mənəvi enerjisi müstəqil ölkəmizdə aparılan dövlət quruculuğu proseslərində, vətəndaş cəmiyyətinin formalaşmasında, gənc nəslin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ildə antiterror əməliyyatında ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və onların havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı, suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi.

Prezident İlham Əliyevin liderliyi ilə bu gün ərazi bütövlüyünü, suvenliyini tam təmin etmiş tarixin ən güclü Azərbaycanının müstəqillik salnaməsində 20 Yanvar şanlı şərəf səhifəsidir. 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsi, bu amal uğrunda yaralanmış, sağlamlığını qurban vermiş həmvətənlərimizin qəhrəmanlıq örnəyi bizi xalq olaraq daha da böyüdür, hər bir kəsə milli hədəflərimizə doğru yolumuzda tükənməz güc verir.   

İradə ƏLİYEVA,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Müstəqil yaşamaq istəyinin təcəssümü
Next: Mingəçevir – Kür üstündə nur şəhəri  

Related Stories

lavrov-atet-də-dərin-bohran-oldugunu-bildirib  
  • Ölkə

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

LIVE PRESS 20/01/2026 0
naxcivanda-20-yanvar-səhidlərinin-xatirəsi-bir-dəqiqəlik-sukutla-anilib-video  
  • Ölkə

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

LIVE PRESS 20/01/2026 0
prezident-ilham-eliyev-davosda-“carlsberg-group”-sirkətinin-bas-icraci-direktoru-ilə-gorusub 
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 

LIVE PRESS 20/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  
  • Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  
  • Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 
  • Mingəçevir – Kür üstündə nur şəhəri  
  • Qürur tariximiz

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib   lavrov-atet-də-dərin-bohran-oldugunu-bildirib   1
  • Ölkə

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

20/01/2026 0
Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO   naxcivanda-20-yanvar-səhidlərinin-xatirəsi-bir-dəqiqəlik-sukutla-anilib-video   2
  • Ölkə

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

20/01/2026 0
Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb  prezident-ilham-eliyev-davosda-“carlsberg-group”-sirkətinin-bas-icraci-direktoru-ilə-gorusub  3
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 

20/01/2026 0
Mingəçevir – Kür üstündə nur şəhəri   mingəcevir-–-kur-ustundə-nur-səhəri   4
  • Ölkə

Mingəçevir – Kür üstündə nur şəhəri  

20/01/2026 0
Qürur tariximiz qurur-tariximiz 5
  • Ölkə

Qürur tariximiz

20/01/2026 0

Bir daha bax

lavrov-atet-də-dərin-bohran-oldugunu-bildirib  
  • Ölkə

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

LIVE PRESS 20/01/2026 0
naxcivanda-20-yanvar-səhidlərinin-xatirəsi-bir-dəqiqəlik-sukutla-anilib-video  
  • Ölkə

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

LIVE PRESS 20/01/2026 0
prezident-ilham-eliyev-davosda-“carlsberg-group”-sirkətinin-bas-icraci-direktoru-ilə-gorusub 
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 

LIVE PRESS 20/01/2026 0
mingəcevir-–-kur-ustundə-nur-səhəri  
  • Ölkə

Mingəçevir – Kür üstündə nur şəhəri  

LIVE PRESS 20/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  
  • Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  
  • Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 
  • Mingəçevir – Kür üstündə nur şəhəri  
  • Qürur tariximiz
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.