Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  
  • Ölkə

Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  

LIVE PRESS 21/01/2026 5 minutes read
azərbaycan-avrasiya-cografiyasinda-əməkdasliga-tohfə-verən-olkələrdən-biridir  

Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda keçirdiyi çoxsaylı görüşlər və verdiyi mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən əsas ölkələrdən biridir. Davos Davos İqtisadi Forumu bu reallığın beynəlxalq auditoriya qarşısında növbəti dəfə nümayiş etdirildiyi mühüm platformaya çevrildi”.

Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin istənilən beynəlxalq platformada iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin nə qədər yüksək olduğunu göstərir. “Davosdakı çıxışlar və görüşlər isə sübut etdi ki, Bakı proseslərin passiv izləyicisi yox, regional və qlobal gündəliyin formalaşmasında aktiv rol oynayan subyektdir. Cənab Prezidentin qətiyyətli, ardıcıl və uzaqgörən siyasi xətti Azərbaycanın mövqeyini möhkəmləndirərək onu etibarlı tərəfdaş və söz sahibi olan dövlətə çevirib.

Davosdan verilən mesajlar yalnız milli maraqlar prizmasından deyil, həm də regional və qlobal təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Cənubi Qafqazda formalaşan sülh modeli təsadüfi deyil, Azərbaycanın iradəsi və strateji baxışı nəticəsində yaranmış reallıqdır”, – deyə deputat vurğulayıb.

Müşfiq Məmmədli daha sonra deyib: “Prezident İlham Əliyevin çıxışlarının əsas xətti ondan ibarət idi ki, bu gün Cənubi Qafqazda sülh məhz Azərbaycanın qətiyyətli mövqeyi sayəsində mümkün olub. Bu sülh təkcə regionla məhdudlaşmır, eyni zamanda  Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və hətta Uzaq Şərqə qədər uzanan geniş bir coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bakı faktiki olaraq Avrasiyanı birləşdirən sülh və əməkdaşlıq magistralının istiqamətini müəyyənləşdirib və öz siyasətini bu xətt üzrə ardıcıl şəkildə həyata keçirir.

Ən diqqətçəkən məqamlardan biri odur ki, bu yanaşmanın effektivliyi artıq Ermənistan tərəfindən də etiraf olunur. İrəvan açıq şəkildə bəyan edir ki, Azərbaycanla əməkdaşlıq alternativsizdir və regionda davamlı sülhün yeganə yolu məhz bu xətdən keçir”.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilməklə yanaşı, Şərqlə etibarlı və təhlükəsiz əlaqələrin qurulmasında da mühüm açar rolunu oynayır. Bu, Bakının geosiyasi çəkisini daha da artırır.

Serbiya Prezidenti Aleksandar Vuçiçin Qafqaz ölkələrini Avropa ilə Asiya arasında qovşaq və vasitəçi kimi xarakterizə etməsi, Türkiyənin “Limak Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ebru Özdemirin isə sülh və sabitliyin investisiyalar üçün həlledici faktor olduğunu vurğulaması təsadüfi deyil. Bu fikirlər Azərbaycanın həyata keçirdiyi siyasətin iqtisadi və strateji əsaslarını bir daha təsdiqləyir.

Ebru Özdemirin sözləri xüsusi əhəmiyyət daşıyır: sabitlik olmayan yerə kapital gəlmir. Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, TRIPP razılaşması və Orta Dəhliz perspektivi regionun investisiya cəlbediciliyini kəskin şəkildə artırır. Bu isə Davosda səslənən fikirlərin praktik nəticələrə hesablandığını göstərir.

Prezident İlham Əliyevin Davosda verdiyi ən güclü mesajlardan biri beynəlxalq təsisatlara kor-koranə ümid bəsləməyin yanlışlığı ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, 30 il ərzində qəbul edilən BMT qətnamələri və beynəlxalq çağırışlar kağız üzərində qaldı. Ədaləti yalnız Azərbaycan özü təmin etdi.

Bu yanaşma Azərbaycan Prezidentinin siyasi fəlsəfəsini açıq şəkildə ortaya qoyur: milli maraqlara söykənən, güclü dövlət və birliyə əsaslanan cəmiyyət olduqda beynəlxalq təzyiqlər və qərəzli yanaşmalar həlledici rol oynamır. Məhz bu xətt Azərbaycanı müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa aparan əsas faktora çevirdi.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Davosda səsləndirdiyi fikirlər yeni regional reallığın rəsmi etirafı kimi dəyərləndirilə bilər. 

“Davos İqtisadi Forumunda səslənən mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan artıq regional çərçivəni aşaraq Avrasiya miqyasında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin əsas memarlarından birinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə formalaşan bu siyasi xətt həm region ölkələrinə, həm də qlobal aktorlara açıq mesaj verir: sülh iradə, güc və strateji baxış tələb edir. Bu iradə isə bu gün Bakıda formalaşır”, – deputat deyib.

Rəşad CƏFƏRLİ,

«Azərbaycan»

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Donald Tramp: Sülh Şurası BMT-ni əvəzləyə bilər  
Next: “Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb  

Related Stories

lerikdə-əlverissiz-hava-50-yə-yaxin-kəndi-isiqsiz-qoyub  
  • Ölkə

Lerikdə əlverişsiz hava 50-yə yaxın kəndi işıqsız qoyub  

LIVE PRESS 21/01/2026 0
azərbaycanla-misir-arasinda-dini-sahədə-əlaqələrin-genisləndirilməsi-məsələləri-muzakirə-edilib  
  • Ölkə

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  

LIVE PRESS 21/01/2026 0
“akademik-həsən-eliyev”-gəmi-bərəsi-əsasli-təmirdən-sonra-yenidən-istismara-qaytarilib  
  • Ölkə

“Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb  

LIVE PRESS 21/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Lerikdə əlverişsiz hava 50-yə yaxın kəndi işıqsız qoyub  
  • Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  
  • “Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb  
  • Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  
  • Donald Tramp: Sülh Şurası BMT-ni əvəzləyə bilər  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Lerikdə əlverişsiz hava 50-yə yaxın kəndi işıqsız qoyub   lerikdə-əlverissiz-hava-50-yə-yaxin-kəndi-isiqsiz-qoyub   1
  • Ölkə

Lerikdə əlverişsiz hava 50-yə yaxın kəndi işıqsız qoyub  

21/01/2026 0
Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib   azərbaycanla-misir-arasinda-dini-sahədə-əlaqələrin-genisləndirilməsi-məsələləri-muzakirə-edilib   2
  • Ölkə

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  

21/01/2026 0
“Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb   “akademik-həsən-eliyev”-gəmi-bərəsi-əsasli-təmirdən-sonra-yenidən-istismara-qaytarilib   3
  • Ölkə

“Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb  

21/01/2026 0
Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir   azərbaycan-avrasiya-cografiyasinda-əməkdasliga-tohfə-verən-olkələrdən-biridir   4
  • Ölkə

Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  

21/01/2026 0
Donald Tramp: Sülh Şurası BMT-ni əvəzləyə bilər   donald-tramp:-sulh-surasi-bmt-ni-əvəzləyə-bilər   5
  • Ölkə

Donald Tramp: Sülh Şurası BMT-ni əvəzləyə bilər  

21/01/2026 0

Bir daha bax

lerikdə-əlverissiz-hava-50-yə-yaxin-kəndi-isiqsiz-qoyub  
  • Ölkə

Lerikdə əlverişsiz hava 50-yə yaxın kəndi işıqsız qoyub  

LIVE PRESS 21/01/2026 0
azərbaycanla-misir-arasinda-dini-sahədə-əlaqələrin-genisləndirilməsi-məsələləri-muzakirə-edilib  
  • Ölkə

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  

LIVE PRESS 21/01/2026 0
“akademik-həsən-eliyev”-gəmi-bərəsi-əsasli-təmirdən-sonra-yenidən-istismara-qaytarilib  
  • Ölkə

“Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb  

LIVE PRESS 21/01/2026 0
azərbaycan-avrasiya-cografiyasinda-əməkdasliga-tohfə-verən-olkələrdən-biridir  
  • Ölkə

Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  

LIVE PRESS 21/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Lerikdə əlverişsiz hava 50-yə yaxın kəndi işıqsız qoyub  
  • Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  
  • “Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb  
  • Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  
  • Donald Tramp: Sülh Şurası BMT-ni əvəzləyə bilər  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.