Uitkoff: ABŞ İranla danışıqlar aparmır
ABŞ Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, Tehranla razılaşma mütləq olmalıdır, əks halda bütün dünya üçün “pis günlər” yaxınlaşacaq.
ABŞ İranla danışıqlar aparmır, lakin iki tərəf arasında əlaqələr olub. Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
O, CNBC-yə verdiyi müsahibədə “Hazırda onlarla danışıqlar aparmırıq, amma əlaqələr olub” deyib.
Uitkoff bildirib ki, onun fikrincə, İranla razılaşma mütləq keçməlidir, əks halda bütün dünya üçün “pis günlər” yaxınlaşacaq. “Ümid edək ki, konsensus əldə olunacaq” deyə o, yekunlaşdırıb.
Rizvan CƏFƏROV,
“Azərbaycan”