Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

LIVE PRESS 22/01/2026 3 minutes read
2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan tarixləri ilə buradan tanış ola bilərsiniz.

İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmələri tövsiyə edilir. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla martın 9-da və 15-də keçiriləcək. Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla da cədvəldə tanış ola bilərsiniz. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb. İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər).

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat veriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı may ayında təşkil olunacaq.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

Digər imtahanların qrafiki ilə cədvəldə tanış ola bilərsiniz.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  
Next: Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Related Stories

bolgələrdə-də-huzn-qurura-qarisdi
  • Ölkə

Bölgələrdə də hüzn qürura qarışdı

LIVE PRESS 22/01/2026 0
parlamentin-elm-və-təhsil-komitəsinin-yaz-sessiyasinda-ilk-iclasi-kecirilib
  • Ölkə

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

LIVE PRESS 22/01/2026 0
qurban-qurbanov:-hakimin-qərəzli-qərari-ilə-bagli-ən-yaxsi-sərhi-prezident-verib  
  • Ölkə

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

LIVE PRESS 22/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Bölgələrdə də hüzn qürura qarışdı
  • Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
  • 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
  • Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  
  • “20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Bölgələrdə də hüzn qürura qarışdı bolgələrdə-də-huzn-qurura-qarisdi 1
  • Ölkə

Bölgələrdə də hüzn qürura qarışdı

22/01/2026 0
Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib parlamentin-elm-və-təhsil-komitəsinin-yaz-sessiyasinda-ilk-iclasi-kecirilib 2
  • Ölkə

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

22/01/2026 0
2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub 2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub 3
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

22/01/2026 0
Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib   qurban-qurbanov:-hakimin-qərəzli-qərari-ilə-bagli-ən-yaxsi-sərhi-prezident-verib   4
  • Ölkə

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

22/01/2026 0
“20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib “20-yanvar-gənclərin-gozu-ilə”-adli-tədbir-kecirilib 5
  • Ölkə

“20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib

22/01/2026 0

Bir daha bax

bolgələrdə-də-huzn-qurura-qarisdi
  • Ölkə

Bölgələrdə də hüzn qürura qarışdı

LIVE PRESS 22/01/2026 0
parlamentin-elm-və-təhsil-komitəsinin-yaz-sessiyasinda-ilk-iclasi-kecirilib
  • Ölkə

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

LIVE PRESS 22/01/2026 0
2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

LIVE PRESS 22/01/2026 0
qurban-qurbanov:-hakimin-qərəzli-qərari-ilə-bagli-ən-yaxsi-sərhi-prezident-verib  
  • Ölkə

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

LIVE PRESS 22/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Bölgələrdə də hüzn qürura qarışdı
  • Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
  • 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
  • Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  
  • “20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.