Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycan yeni siyasi reallıqlara uyğun praqmatik və çevik diplomatiya həyata keçirir
  • Ölkə

Azərbaycan yeni siyasi reallıqlara uyğun praqmatik və çevik diplomatiya həyata keçirir

LIVE PRESS 23/01/2026 7 minutes read
azərbaycan-yeni-siyasi-realliqlara-uygun-praqmatik-və-cevik-diplomatiya-həyata-kecirir

Azərbaycan yeni siyasi reallıqlara uyğun praqmatik və çevik diplomatiya həyata keçirir

Davos İqtisadi Forumu 1971-ci ildə əsası qoyulduğu vaxtdan etibarən iqtisadi və maliyyə məsələlərinin dominantlıq təşkil etdiyi platforma olsa da, son illərdə, xüsusilə də bu il siyasi mövzularla daha çox gündəmdədir. Ayrı-ayrı regionlarda münaqişələrin artması, qeyri-sabitlik, tarif siyasətindən doğan təlatümlər və ümumi geosiyasi gərginlik fonunda bu mövzular Davos Forumunun müxtəlif sessiyalarında əsas müzakirə predmetinə çevrilib.

Xüsusilə forum ərəfəsində keçirilən sorğuda respondentlərin böyük hissəsi növbəti onillikdə dünyanı ən çox narahat edəcək iki əsas risk faktoru kimi, geoiqtisadi çəkişmələri və bunun yaratdığı qeyri-müəyyənlikləri və dövlətlərarası münaqişələri və onların mümkün fəsadlarını göstərib. Bu da onu deməyə əsas verir ki, Davos artıq təkcə iqtisadi platforma deyil, eyni zamanda qlobal siyasi risklərin müzakirə edildiyi mühüm beynəlxalq məkandır. Məhz bu mövzuların da əhatə olunduğu “Avrasiyanın kimliyi” mövzusuna həsr edilən sessiyada cənab Prezident İlham Əliyev “Euronews” televiziya kanalının müxbirinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edib, eyni zamanda “Euronews” kanalına müsahibə verib. 

“Euronews”la müsahibədə ünvanlanan əsas suallardan biri regionda risklərlə potensial arasında tarazlığın yaradılması məsələsi ilə bağlı olub. Cənab Prezidentin verdiyi cavab bir daha göstərdi ki, Azərbaycan dövləti təkcə riskləri idarə etmək bacarığını nümayiş etdirməyib, eyni zamanda riskləri resursa çevirməyi də bacarıb. Buna nümunə kimi, 30 il işğalçı siyasət yürütmüş və bütün parametrlər üzrə ciddi risk mənbəyi olan Ermənistanın bu gün regional sabitlik və əməkdaşlıq müstəvisində tərəfdaşlığa cəlb edilməsi istiqamətində aparılan siyasəti göstərmək olar. Belə ki, Azərbaycan işğal faktorunun regionda yaratdığı riskləri aradan qaldırmaqla yanaşı, sülh gündəliyi vasitəsilə regional sabitliyi, iqtisadi əməkdaşlığı və inteqrasiyanı təmin etməyə çalışır. Bu kontekstdə Ermənistan Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi çərçivəsində əməkdaşlıq modelinə cəlb olunub. 30 il regional təhlükəsizliyə və əməkdaşlığa təhdid olan Ermənistan Azərbaycanın ardıcıl və mərhələli sülh təşəbbüsləri sahəsində tərəfdaş olmaq yolunda addımlayır, iki tərəfli münasibətlər mərhələli şəkildə əməkdaşlıq istiqamətində irəliləyir. Beləliklə, Azərbaycan Ermənistanın işğalına son qoymaqla həm də riski idarə etmək və onu resursa çevirmək imkanlarını sübut etdi. 

Təbii ki, bu yanaşma Azərbaycan Respublikasının sülh gündəliyinin müxtəlif beynəlxalq platformalarda təqdir olunmasına səbəb olur. Azərbaycan Prezidentinin 2025-ci il ərzində Yaxın Şərq Sülh Sammitində iştirakı, Avropa Siyasi Birliyinin Kopenhagen və Tirana Zirvə görüşlərində bu məsələlərə göstərilən diqqət də bunu təsdiqləyən məqamlardandır. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılması təklif edilən “Sülh Şurası”na Azərbaycanın təsisçi dövlət kimi dəvət olunması da ölkəmizin malik olduğu sülh gündəliyinə verilən yüksək dəyərin göstəricisi hesab oluna bilər. 

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə “Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradılması və Azərbaycanın bu quruma təsisçi üzv dövlət qismində dəvət olunması Prezident İlham Əliyevin prinsipial və ardıcıl sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyən mühüm siyasi hadisədir. Bu dəvət təsadüfi deyil, şanli zəfərimizdən sonra Azərbaycanın regional miqyasda  formalaşmış yeni siyasi reallıqlarda konstruktiv, məsuliyyətli və etibarlı aktor kimi çıxış etməsinin nəticəsidir.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktub Azərbaycanın beynəlxalq sülh gündəliyində tutduğu mövqenin və yeni formalaşmaqda olan qlobal siyasi arxitekturada oynamaq istədiyi rolun aydın ifadəsidir. Məktub həmçinin Azərbaycanın prinsipial, balanslı və məsuliyyətli xarici siyasət xəttini əks etdirir. Eyni zamanda məktubda ABŞ Prezidentinin Sülh Şurasının sədri kimi təqdim olunması və onun liderliyinə verilən yüksək qiymət Azərbaycanın yeni siyasi reallıqlarda praqmatik və çevik diplomatiya yürütmək qabiliyyətini göstərir. Bu, Azərbaycanın qlobal güc mərkəzləri ilə əməkdaşlıq və dialoq xəttini seçdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bu məktubu Azərbaycanın sülhü  institusional və beynəlxalq mexanizmlər vasitəsilə dəstəkləmək niyyətində olduğunu göstərən mühüm siyasi mesajdır. Bu addım həm də Azərbaycanın yeni dünya nizamında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşmasına töhfə vermək, tərəfdaş olmaq niyyətinin təzahürüdür.

Yeni beynəlxalq siyasi şəraitdə – klassik təhlükəsizlik institutlarının effektivliyinin zəiflədiyi, regional münaqişələrin qlobal təsirlərə çevrildiyi bir dövrdə – alternativ sülh mexanizmlərinə ehtiyac açıq şəkildə hiss olunur. Bu kontekstdə Azərbaycanın Sülh Şurasının təsisçiləri sırasında yer alması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisini və normayaratma proseslərində iştirak imkanlarını genişləndirir.

Prezident İlham Əliyevin sülh gündəliyi regional kommunikasiyaların açılması, suverenliyin və ərazi bütövlüyünün tanınması, beynəlxalq hüquqa əsaslanan münasibətlər modeli üzərində qurulub. Azərbaycan bu yanaşmanı yalnız bəyanat səviyyəsində deyil, real siyasi və diplomatik addımlarla nümayiş etdirir. Sülh Şurasında təmsilçilik də məhz bu strateji xəttin davamına xidmət etmiş olar.

Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində iştirakı ölkəmizin yeni dünya nizamında passiv müşahidəçi deyil, proseslərə təsir göstərən fəal tərəf olduğunu bir daha təsdiqləyir. Bu addım Prezident Əliyevin liderliyinin beynəlxalq etimad qazandığını, həm də Azərbaycanın sülh, sabitlik və əməkdaşlıq platformalarında milli maraqlarımıza uyğun məsuliyyət götürmək  potensialına malik olduğunu göstərir.

Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı,  siyasi elmlər doktoru

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “Qalatasaray”ın yeni transferi İstanbuldadır
Next: Azərbaycan Prezidentinin mükafata layiq görülməsi ədalətli sülhü tərənnüm edir

Related Stories

efiopiyada-wuf13-lə-bagli-goruslər-kecirilib  
  • Ölkə

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

LIVE PRESS 23/01/2026 0
dunyanin-ən-boyuk-aes-nin-fəaliyyəti-yenidən-dayandirilib  
  • Ölkə

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

LIVE PRESS 23/01/2026 0
otən-il-qəsdən-torədilən-hucumlarda-bmt-nin-21-əməkdasi-həlak-olub  
  • Ölkə

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

LIVE PRESS 23/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  
  • Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  
  • Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  
  • Astaralılar ötən ilə yekun vurdular
  • Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib   efiopiyada-wuf13-lə-bagli-goruslər-kecirilib   1
  • Ölkə

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

23/01/2026 0
Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb   dunyanin-ən-boyuk-aes-nin-fəaliyyəti-yenidən-dayandirilib   2
  • Ölkə

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

23/01/2026 0
Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub   otən-il-qəsdən-torədilən-hucumlarda-bmt-nin-21-əməkdasi-həlak-olub   3
  • Ölkə

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

23/01/2026 0
Astaralılar ötən ilə yekun vurdular astaralilar-otən-ilə-yekun-vurdular 4
  • Ölkə

Astaralılar ötən ilə yekun vurdular

23/01/2026 0
Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub   zelenski:-prezident-tramp-ilə-gorus-məhsuldar-olub   5
  • Ölkə

Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

23/01/2026 0

Bir daha bax

efiopiyada-wuf13-lə-bagli-goruslər-kecirilib  
  • Ölkə

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

LIVE PRESS 23/01/2026 0
dunyanin-ən-boyuk-aes-nin-fəaliyyəti-yenidən-dayandirilib  
  • Ölkə

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

LIVE PRESS 23/01/2026 0
otən-il-qəsdən-torədilən-hucumlarda-bmt-nin-21-əməkdasi-həlak-olub  
  • Ölkə

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

LIVE PRESS 23/01/2026 0
astaralilar-otən-ilə-yekun-vurdular
  • Ölkə

Astaralılar ötən ilə yekun vurdular

LIVE PRESS 23/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  
  • Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  
  • Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  
  • Astaralılar ötən ilə yekun vurdular
  • Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.