Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  
  • Ölkə

ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  

LIVE PRESS 23/01/2026 5 minutes read
ada-universitetində-“xarici-siyasət-proqrami”ni-ugurla-basa-vuran-diplomatlara-sertifikatlar-verilib  

ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  

ADA Universitetində Xarici İşlər Nazirliyinin (XİN) diplomatları üçün təşkil olunmuş “Xarici Siyasət Proqramı”nın məzun günü keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbirin açılışında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin rektoru Hafiz Paşayev proqram iştirakçılarına gələcək diplomatik fəaliyyətlərində uğurlar arzulayıblar.

Rektor Hafiz Paşayev çıxışında ADA Universiteti ilə XİN arasında illərdir davam edən səmərəli tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, həyata keçirilən tədris proqramlarının peşəkar kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd edib. O, ölkənin inkişafının hazırkı mərhələsində yüksəkixtisaslı mütəxəssislərə artan tələbatdan bəhs edərək, gənc diplomatlara Azərbaycanın son onilliklərdə keçdiyi yolu unutmamağı və daim vətənpərvərlik ruhunda fəaliyyət göstərməyi tövsiyə edib.

Xarici işlər naziri Ceyhun Bayramov çoxmərhələli imtahan prosesi nəticəsində diplomatik xidmətə qəbul olunmuş gənc diplomatları “Xarici Siyasət Proqramı”nın məzunu olmaları münasibətilə təbrik edib. Hazırkı dövrdə transformasiyaya uğrayan beynəlxalq münasibətlər sistemində ölkəmizin milli maraqlarına əsaslanaraq Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun həyata keçirilməsində diplomatların üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Nazir Ceyhun Bayramov bu kimi çağırışların öhdəsindən gəlmək üçün diplomatların bilik və bacarıqlarının artırılmasının vacib olduğunu vurğulayıb. Nazir diplomatlara öz tövsiyələrini verib.

ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri və ixtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva proqramın məzmunu və məqsədləri barədə məlumat verərək, 2007–2025-ci illər ərzində XİN tərəfindən maliyyələşdirilən üç sertifikat proqramının uğurla icra olunduğunu bildirib. O, son 19 il ərzində ümumilikdə 1 554 diplomat və dövlət qulluqçusunun “Xarici Siyasət Proqramı”nda iştirak etdiyini qeyd edib.

Bildirilib ki, 2011-ci ildən etibarən “Xəzər Hövzəsi Tədqiqatları Proqramı”nda 109 ölkədən 365 diplomat və dövlət qulluqçusu, 2018-ci ildən AİDA ilə birgə icra olunan proqramda isə 89 ölkədən 148 xarici diplomat və tədqiqatçı iştirak edib.

Tədbirdə çıxış edən XİN-in Kadrlar idarəsinin rəisi Raman Məmmədov ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində daha bir uğurlu təlim proqramının yekunlaşdığını bildirib və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, builki proqramın fərqləndirici cəhətlərindən biri kimi XİN-in rəhbər diplomatlarının təlimçi qismində daha fəal iştirakını vurğulayıb və bu təcrübənin növbəti proqramlarda da davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Sonra proqram iştirakçıları arasından seçilmiş iki gənc diplomat çıxış edərək təlim prosesi ilə bağlı fikir və təəssüratlarını bölüşüb, təşkilatçılara təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, “Xarici Siyasət Proqramı”nın əsas məqsədi gənc diplomatların nəzəri və praktiki biliklərini təkmilləşdirmək, onları ikitərəfli və çoxtərəfli diplomatiyaya hazırlamaq, həmçinin müasir beynəlxalq mühitdə peşəkar fəaliyyətlərini dəstəkləməkdir. Proqram çərçivəsində ADA Universitetinin professor-müəllim heyəti, XİN, beyin mərkəzləri və beynəlxalq təşkilatları təmsil edən ümumilikdə 35 mütəxəssis təlimçi qismində iştirak edib.

2025-ci ilin mart–noyabr aylarını əhatə edən proqram iki qrup üzrə təşkil olunub. Hər bir qrup 15 gün ərzində 39 mövzu üzrə seminar və təlimlərdə iştirak edib. Tədris prosesi akademik biliklərlə yanaşı, praktiki bacarıqların inkişafına yönəldilib. Bu çərçivədə iştirakçılar 50 saatlıq bacarıqəsaslı kurslar vasitəsilə şəbəkələşmə, mədəniyyətlərarası ünsiyyət, emosional zəka, danışıqların aparılması, diplomatik yazışma və protokol, natiqlik, media və kommunikasiya, tədqiqat metodları və siyasi təhlil sahələrində praktiki vərdişlər əldə ediblər.

Eyni zamanda, 96 saatlıq bilikəsaslı kurslar çərçivəsində diplomatiyanın tarixi inkişafı, beynəlxalq siyasət və təhlükəsizlik, Azərbaycanın xarici siyasəti, iqtisadi məsələlər, mədəni-humanitar sahə, beynəlxalq hüquq, hərbi-siyasi əməkdaşlıq və konsulluq məsələləri, eləcə də enerji, iqlim, mədəniyyət və ictimai diplomatiya mövzuları üzrə dərin və sistemli biliklər təqdim olunub.

Proqram çərçivəsində iştirakçılar Qarabağa səfər edib və Azərbaycan Respublikasının Milli Məclisində olublar.

Tədbirin sonunda “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar təqdim olunub.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox”
Next: Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  

Related Stories

daxili-islər-nazirliyində-otən-ilin-yekunlari-muzakirə-edilib  
  • Ölkə

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  

LIVE PRESS 24/01/2026 0
fransina-armenqol-sosias-bakida-zəfər-abidəsini-və-zəfər-muzeyini-ziyarət-edib-yenilenib
  • Ölkə

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

LIVE PRESS 24/01/2026 0
xarici-islər-nazirliyində-genistərkibli-kollegiya-iclasi-kecirilib  
  • Ölkə

Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  

LIVE PRESS 23/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  
  • Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB
  • Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  
  • ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  
  • İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox”

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib   daxili-islər-nazirliyində-otən-ilin-yekunlari-muzakirə-edilib   1
  • Ölkə

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  

24/01/2026 0
Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB fransina-armenqol-sosias-bakida-zəfər-abidəsini-və-zəfər-muzeyini-ziyarət-edib-yenilenib 2
  • Ölkə

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

24/01/2026 0
Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib   xarici-islər-nazirliyində-genistərkibli-kollegiya-iclasi-kecirilib   3
  • Ölkə

Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  

23/01/2026 0
ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib   ada-universitetində-“xarici-siyasət-proqrami”ni-ugurla-basa-vuran-diplomatlara-sertifikatlar-verilib   4
  • Ölkə

ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  

23/01/2026 0
İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox” ibrahim-hatipoglu-rekord-gəliri-belə-aciqladi:-“iki-rəqibimizin-cəmindən-300-milyon-lirə-cox” 5
  • Idman

İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox”

23/01/2026 0

Bir daha bax

daxili-islər-nazirliyində-otən-ilin-yekunlari-muzakirə-edilib  
  • Ölkə

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  

LIVE PRESS 24/01/2026 0
fransina-armenqol-sosias-bakida-zəfər-abidəsini-və-zəfər-muzeyini-ziyarət-edib-yenilenib
  • Ölkə

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

LIVE PRESS 24/01/2026 0
xarici-islər-nazirliyində-genistərkibli-kollegiya-iclasi-kecirilib  
  • Ölkə

Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  

LIVE PRESS 23/01/2026 0
ada-universitetində-“xarici-siyasət-proqrami”ni-ugurla-basa-vuran-diplomatlara-sertifikatlar-verilib  
  • Ölkə

ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  

LIVE PRESS 23/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  
  • Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB
  • Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  
  • ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  
  • İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox”
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.