Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub  
  • Ölkə

Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub  

LIVE PRESS 24/01/2026 3 minutes read
azərbaycan-dunya-iqtisadi-forumunun-“sənaye-klasterlərinə-kecid”-təsəbbusunə-qosulub  

Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub  

İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və innovasiya əsaslı inkişafın təşviqi məqsədilə qəbul edilən “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində işlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, strategiyanın əsas prioritetlərinə uyğun olaraq sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və yaşıl iqtisadiyyatın inkişafı istiqamətlərinə uyğun olaraq, Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə qoşulmasına dair Niyyət Məktubu imzalanıb.

Sənəd Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun (DİF) illik toplantısında iştirakı çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb.

Bu tərəfdaşlıq ölkəmizdə sənaye klasterlərinin yaradılmasına, biznes fəaliyyətinin səmərəli istehsal modellərinə adaptasiyasına, qabaqcıl rəqəmsal texnologiyaların istifadəsinə və karbon emissiyalarının azaldılmasına təkan verəcək. Bu çərçivədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələri arasında əməkdaşlıq çərçivəsində Sumqayıt Sənaye Parkında formalaşdırılan “NextGen” sənaye klasteri istehsal xərclərinin optimallaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının yüksəldilməsini hədəfləyir.

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü eyni bölgədə yerləşən və dəyər zənciri baxımından bir-biri ilə bağlı olan sənaye müəssisələrinin karbonsuzlaşma, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məqsədilə koordinasiyalı fəaliyyətini nəzərdə tutan müasir sənaye modelidir. Hazırda təşəbbüs müxtəlif ölkələrdən onlarla sənaye klasterini əhatə edən qlobal əməkdaşlıq şəbəkəsi kimi fəaliyyət göstərir və yaşıl transformasiya sahəsində qabaqcıl təcrübələrin mübadiləsi üçün mühüm platforma rolunu oynayır.

Dünya İqtisadi Forumu tərəfindən 2021-ci ildən həyata keçirilən bu təşəbbüsə indiyədək 19 ölkədən 39 sənaye klasteri qoşulub. Azərbaycan bu təşəbbüsə qoşulan 20-ci ölkədir. Təşəbbüsə qoşulmuş klasterlər 877 milyon ton karbon dioksid ekvivalentinin azaldılmasına imkan yaradır, 508 milyard ABŞ dolları həcmində qlobal ÜDM-ə töhfə verir və 4,6 milyon iş yerini dəstəkləyir. Bu göstəricilər təşəbbüsün qlobal enerji keçidi və sənaye transformasiyasında strateji rolunu nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulması İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) koordinasiyası ilə həyata keçirilir.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Next: “New Glenn”in üçüncü uçuşu fevralın sonuna planlaşdırılır  

Related Stories

ispaniya-deputatlar-konqresinin-sədri-milli-məclisdə-olub  
  • Ölkə

İspaniya Deputatlar Konqresinin sədri Milli Məclisdə olub  

LIVE PRESS 24/01/2026 0
milli-məclisin-insan-huquqlari-komitəsinin-yaz-sessiyasi-ucun-is-planinin-layihəsi-təsdiqlənib  
  • Ölkə

Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

LIVE PRESS 24/01/2026 0
“new-glenn”in-ucuncu-ucusu-fevralin-sonuna-planlasdirilir  
  • Ölkə

“New Glenn”in üçüncü uçuşu fevralın sonuna planlaşdırılır  

LIVE PRESS 24/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Bu gecə səma gülür. Ay, Saturn və Neptun görüşəcək
  • Nəşriyyatçılar öz saytlarını süni intellektə bağlayırlar, süni intellekt şirkəti menecerindən “köpük” xəbərdarlığı
  • TikTok ABŞ-da qadağan olunmağa yaxınlaşıb
  • Milyarderlər yarışı bu dəfə kosmosa keçdi
  • İspaniya Deputatlar Konqresinin sədri Milli Məclisdə olub  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Bu gecə səma gülür. Ay, Saturn və Neptun görüşəcək bu-gecə-səma-gulur.-ay,-saturn-və-neptun-gorusəcək 1
  • Texnologiya

Bu gecə səma gülür. Ay, Saturn və Neptun görüşəcək

24/01/2026 0
Nəşriyyatçılar öz saytlarını süni intellektə bağlayırlar, süni intellekt şirkəti menecerindən “köpük” xəbərdarlığı nəsriyyatcilar-oz-saytlarini-suni-intellektə-baglayirlar,-suni-intellekt-sirkəti-menecerindən-“kopuk”-xəbərdarligi 2
  • Texnologiya

Nəşriyyatçılar öz saytlarını süni intellektə bağlayırlar, süni intellekt şirkəti menecerindən “köpük” xəbərdarlığı

24/01/2026 0
TikTok ABŞ-da qadağan olunmağa yaxınlaşıb tiktok-abs-da-qadagan-olunmaga-yaxinlasib 3
  • Texnologiya

TikTok ABŞ-da qadağan olunmağa yaxınlaşıb

24/01/2026 0
Milyarderlər yarışı bu dəfə kosmosa keçdi milyarderlər-yarisi-bu-dəfə-kosmosa-kecdi 4
  • Texnologiya

Milyarderlər yarışı bu dəfə kosmosa keçdi

24/01/2026 0
İspaniya Deputatlar Konqresinin sədri Milli Məclisdə olub   ispaniya-deputatlar-konqresinin-sədri-milli-məclisdə-olub   5
  • Ölkə

İspaniya Deputatlar Konqresinin sədri Milli Məclisdə olub  

24/01/2026 0

Bir daha bax

bu-gecə-səma-gulur.-ay,-saturn-və-neptun-gorusəcək
  • Texnologiya

Bu gecə səma gülür. Ay, Saturn və Neptun görüşəcək

Jurnalist 24/01/2026 0
nəsriyyatcilar-oz-saytlarini-suni-intellektə-baglayirlar,-suni-intellekt-sirkəti-menecerindən-“kopuk”-xəbərdarligi
  • Texnologiya

Nəşriyyatçılar öz saytlarını süni intellektə bağlayırlar, süni intellekt şirkəti menecerindən “köpük” xəbərdarlığı

Jurnalist 24/01/2026 0
tiktok-abs-da-qadagan-olunmaga-yaxinlasib
  • Texnologiya

TikTok ABŞ-da qadağan olunmağa yaxınlaşıb

Jurnalist 24/01/2026 0
milyarderlər-yarisi-bu-dəfə-kosmosa-kecdi
  • Texnologiya

Milyarderlər yarışı bu dəfə kosmosa keçdi

Jurnalist 24/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Bu gecə səma gülür. Ay, Saturn və Neptun görüşəcək
  • Nəşriyyatçılar öz saytlarını süni intellektə bağlayırlar, süni intellekt şirkəti menecerindən “köpük” xəbərdarlığı
  • TikTok ABŞ-da qadağan olunmağa yaxınlaşıb
  • Milyarderlər yarışı bu dəfə kosmosa keçdi
  • İspaniya Deputatlar Konqresinin sədri Milli Məclisdə olub  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.