Güzel Maitdinova: Tacikistan-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək üçün böyük potensial mövcuddur
Müasir Tacikistan-Azərbaycan münasibətləri yeni dünya nizamının yaranması kontekstində formalaşır və praqmatik xarakter daşıyır.
Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və Dünya” verilişinin son bölümündə beynəlxalq münasibətlər və geosiyasət üzrə tacik eksperti Güzel Maitdinova bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin səyləri milli maraqların və strateji inkişaf planlarının reallaşdırılmasına yönəlib.
Ekspert qeyd edib ki, ikitərəfli əməkdaşlıq humanitar, ticarət və iqtisadi sahələri əhatə edən 60-dan çox beynəlxalq hüquqi sənədlə tənzimlənir.
Maitdinova hesab edir ki, qlobal gərginliyə baxmayaraq, hər iki tərəf kənd təsərrüfatı, sənaye, rəqəmsallaşdırma və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli potensiala malikdir.