Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
№ 24
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 253-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1231 (Cild I); 2024, № 1, maddə 116, № 3, maddə 331; 2025, № 5, maddə 503, № 10, maddə 966) ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.1. Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 22 ” “ yanvar ” 2026-cı il