Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  
  • Ölkə

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

LIVE PRESS 25/01/2026 4 minutes read
milli-məclisin-sədri-bəhreynin-numayəndələr-surasinin-sədri-ilə-gorusub  

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

Yanvarın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini bildirərək, ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına ikinci dəfə səfər etdiyini qeyd edərək, ötən dövrlərdə Bəhreyn Krallığının parlament sədrlərinin də Azərbaycana səfərlərini və keçirilmiş görüşləri məmnunluqla xatırladıb. Milli Məclisin sədri hazırkı səfərin onun spiker qismində Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu və bu səfərin Azərbaycan ilə Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini bildirib. O, Azərbaycanın ötən il Bəhreyndə səfirlik açmasının ikitərəfli münasibətlərimizi yeni mərhələyə daşıdığını deyib.

Qeyd olunub ki, səfər çərçivəsində Milli Məclisin sədri Asiya Parlament Assambleyasının 16-cı plenar iclasında da iştirak edəcək və bu platforma parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.

Siyasi təmasların, həyata keçirilən səfər və məsləhətləşmələrin əlaqələrin dərinləşməsində mühüm rol oynadığı vurğulanaraq, iqtisadiyyat, ticarət, investisiya, turizm, təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Xüsusən, humanitar sahələrdə əlaqələri qeyd edən Milli Məclisin sədri, ötən il Leyla Əliyevanın və Arzu Əliyevanın Bəhreyn Krallığına səfəri və bu səfər çərçivəsində “MAMA – Ana təbiət” sərgisinin Manamada yüksək səviyyədə təşkil olunmasını bu istiqamətdə mövcud münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını vurğulayaraq, bu platformalarda Bəhreyn Krallığının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının əhəmiyyətini qeyd edən Sahibə Qafarova, Azərbaycan və Bəhreyn parlamentləri arasında mövcud olan fəal əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, parlamentlər həm ikitərəfli əsasda, həm də Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformalar çərçivəsində uğurla əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Asiya Parlament Assambleyasında Bəhreyn parlamentinin sədrliyə namizədliyini dəstəkləyib və Assambleyaya sədrliyin Bəhreyn tərəfinə təhvil veriləcəyindən məmnunluq ifadə olunub. Eyni zamanda, QHPŞ çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “Qalatasaray” Yaser Asprillanın qiymətini açıqlayıb.
Next: “Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

Related Stories

nato-bas-katibinin-muavini:-azərbaycanla-qarsiliqli-faydali-olan-sahələrdə-əməkdasligi-davam-etdirməyi-planlasdiririq
  • Ölkə

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

LIVE PRESS 26/01/2026 0
cəmiyyət-oz-gucunu-birləsdirərsə…
  • Ölkə

Cəmiyyət öz gücünü birləşdirərsə…

LIVE PRESS 25/01/2026 0
“sahdag”da-snoubord-uzrə-heydər-eliyev-kubokunun-qalibləri-mukafatlandirilib  
  • Ölkə

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

LIVE PRESS 25/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq
  • Cəmiyyət öz gücünü birləşdirərsə…
  • “Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  
  • Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  
  • “Qalatasaray” Yaser Asprillanın qiymətini açıqlayıb.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq nato-bas-katibinin-muavini:-azərbaycanla-qarsiliqli-faydali-olan-sahələrdə-əməkdasligi-davam-etdirməyi-planlasdiririq 1
  • Ölkə

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

26/01/2026 0
Cəmiyyət öz gücünü birləşdirərsə… cəmiyyət-oz-gucunu-birləsdirərsə… 2
  • Ölkə

Cəmiyyət öz gücünü birləşdirərsə…

25/01/2026 0
“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb   “sahdag”da-snoubord-uzrə-heydər-eliyev-kubokunun-qalibləri-mukafatlandirilib   3
  • Ölkə

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

25/01/2026 0
Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb   milli-məclisin-sədri-bəhreynin-numayəndələr-surasinin-sədri-ilə-gorusub   4
  • Ölkə

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

25/01/2026 0
“Qalatasaray” Yaser Asprillanın qiymətini açıqlayıb. “qalatasaray”-yaser-asprillanin-qiymətini-aciqlayib 5
  • Idman

“Qalatasaray” Yaser Asprillanın qiymətini açıqlayıb.

25/01/2026 0

Bir daha bax

nato-bas-katibinin-muavini:-azərbaycanla-qarsiliqli-faydali-olan-sahələrdə-əməkdasligi-davam-etdirməyi-planlasdiririq
  • Ölkə

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

LIVE PRESS 26/01/2026 0
cəmiyyət-oz-gucunu-birləsdirərsə…
  • Ölkə

Cəmiyyət öz gücünü birləşdirərsə…

LIVE PRESS 25/01/2026 0
“sahdag”da-snoubord-uzrə-heydər-eliyev-kubokunun-qalibləri-mukafatlandirilib  
  • Ölkə

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

LIVE PRESS 25/01/2026 0
milli-məclisin-sədri-bəhreynin-numayəndələr-surasinin-sədri-ilə-gorusub  
  • Ölkə

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

LIVE PRESS 25/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq
  • Cəmiyyət öz gücünü birləşdirərsə…
  • “Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  
  • Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  
  • “Qalatasaray” Yaser Asprillanın qiymətini açıqlayıb.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.