Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  
  • Ölkə

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

LIVE PRESS 27/01/2026 4 minutes read
parlamentin-sədri:-azərbaycan-cəmiyyətində-qadinlar-dəyərlərin-gələcək-nəsillərə-oturulməsində-mərkəzi-rol-oynayir  

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sessiyanın açılış mərasimində çıxış edən Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının dialoq, həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeyd edib. Onun sözlərinə görə, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir.

Azərbaycan Milli Məclisinin Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət etdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinin daha sıx əməkdaşlıq və daha səmərəli birgə fəaliyyət üçün yeni imkanlar açacağına inamını ifadə edib. O, eyni zamanda, hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında əlaqələrin də inkişafında maraqlı olduğumuzu qeyd edib.

Çıxışında tədbirin mövzusunun əhəmiyyəti barədə fikirlərini bölüşən Sahibə Qafarova deyib ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi haqlı olaraq Dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi müəyyən edilib. Bu məqsədlər yalnız arzuolunan deyil, həm də daha ədalətli dünyanın qurulması və gələcək nəsillər üçün daha yaxşı gələcəyin təmin olunması baxımından zəruridir.

Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyət haqqında tədbir iştirakçılarına məlumat verən parlamentin sədri deyib ki, güclü ailə və mədəni ənənələrə söykənən Azərbaycan cəmiyyətində qadınlar ailənin, – cəmiyyətin ən kiçik vahidinin, – formalaşmasında və dəyərlərin gələcək nəsillərə ötürülməsində daim mərkəzi rol oynayıb. Qadınlar cəmiyyətdə həmişə bərabər tərəfdaş kimi qəbul edilib və onun inkişafına həlledici təsir göstərib. Bu gün Azərbaycan qadınları siyasət, iqtisadiyyat, elm və təhsil, səhiyyə və digər sahələrdə fəal şəkildə təmsil olunurlar. Qadınlar qanunverici və icraedici hakimiyyət orqanlarında, məhkəmə sistemində və diplomatik fəaliyyətdə yüksək vəzifələr tuturlar. O, 2026–2028-ci illəri əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsinin Azərbaycan hökuməti tərəfindən bu sahədə ardıcıl şəkildə həyata keçirilən tədbirlərin davamı olduğunu söyləyib.

Azərbaycan parlamentinin bu prosesdə cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq qanunvericilik bazasının hazırlanması və daim təkmilləşdirilməsində fəal rol oynadığını bildirən Sahibə Qafarova deyib ki, Milli Məclis gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir və müxtəlif beynəlxalq platformaların işində fəal iştirak edir. O, bu forum çərçivəsində aparılan müzakirələrin real nəticələr verəcəyinə və qadınların səlahiyyətləndirilməsi kimi ümumi məqsədin, – regionumuzda sosial həmrəyliyin, dayanıqlığın və davamlı inkişafın möhkəmləndirilməsinin əsas şərti olan bu məqsədin, – irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “Trabzonspor” Antalyaspor matçının hazırlıqlarını davam etdirib
Next: Beşiktaşda Yasin Özcandan sonra 4 bomba: Transfer danışıqları başladı

Related Stories

məmmədbəyli-kəndində-daha-20-ailəyə-evlərinin-acarlari-təqdim-olunub-–-yenilenib -  
  • Ölkə

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB    

LIVE PRESS 27/01/2026 0
parisdə-miqrant-iscinin-polis-tərəfindən-qətlə-yetirilməsi-etirazlara-səbəb-olub  
  • Ölkə

Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub  

LIVE PRESS 27/01/2026 0
bas-katib:-parlament-diplomatiyasi-beynəlxalq-sulhun-və-təhlukəsizliyin-təminində-muhum-rol-oynayir
  • Ölkə

Baş katib: Parlament diplomatiyası beynəlxalq sülhün və təhlükəsizliyin təminində mühüm rol oynayır

LIVE PRESS 27/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB    
  • Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub  
  • SON XƏBƏRLƏR | Beşiktaşdan Tammy Abraham üçün PDP elanı
  • Hatayspordan orta sahəyə gücləndirmə
  • “Qalatasaray”ın “Mançester Siti” matçı üçün düşərgə heyəti açıqlanıb: Yunus Akgün və Sinqo qərarı

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB     məmmədbəyli-kəndində-daha-20-ailəyə-evlərinin-acarlari-təqdim-olunub-–-yenilenib -   1
  • Ölkə

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB    

27/01/2026 0
Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub   parisdə-miqrant-iscinin-polis-tərəfindən-qətlə-yetirilməsi-etirazlara-səbəb-olub   2
  • Ölkə

Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub  

27/01/2026 0
SON XƏBƏRLƏR | Beşiktaşdan Tammy Abraham üçün PDP elanı son-xeberler-|-besiktasdan-tammy-abraham-ucun-pdp-elani 3
  • Idman

SON XƏBƏRLƏR | Beşiktaşdan Tammy Abraham üçün PDP elanı

27/01/2026 0
Hatayspordan orta sahəyə gücləndirmə hatayspordan-orta-sahəyə-gucləndirmə 4
  • Idman

Hatayspordan orta sahəyə gücləndirmə

27/01/2026 0
“Qalatasaray”ın “Mançester Siti” matçı üçün düşərgə heyəti açıqlanıb: Yunus Akgün və Sinqo qərarı “qalatasaray”in-“mancester-siti”-matci-ucun-dusərgə-heyəti-aciqlanib:-yunus-akgun-və-sinqo-qərari 5
  • Idman

“Qalatasaray”ın “Mançester Siti” matçı üçün düşərgə heyəti açıqlanıb: Yunus Akgün və Sinqo qərarı

27/01/2026 0

Bir daha bax

məmmədbəyli-kəndində-daha-20-ailəyə-evlərinin-acarlari-təqdim-olunub-–-yenilenib -  
  • Ölkə

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB    

LIVE PRESS 27/01/2026 0
parisdə-miqrant-iscinin-polis-tərəfindən-qətlə-yetirilməsi-etirazlara-səbəb-olub  
  • Ölkə

Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub  

LIVE PRESS 27/01/2026 0
son-xeberler-|-besiktasdan-tammy-abraham-ucun-pdp-elani
  • Idman

SON XƏBƏRLƏR | Beşiktaşdan Tammy Abraham üçün PDP elanı

Jurnalist 27/01/2026 0
hatayspordan-orta-sahəyə-gucləndirmə
  • Idman

Hatayspordan orta sahəyə gücləndirmə

Jurnalist 27/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB    
  • Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub  
  • SON XƏBƏRLƏR | Beşiktaşdan Tammy Abraham üçün PDP elanı
  • Hatayspordan orta sahəyə gücləndirmə
  • “Qalatasaray”ın “Mançester Siti” matçı üçün düşərgə heyəti açıqlanıb: Yunus Akgün və Sinqo qərarı
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.