Beşiktaşlı ulduzun atası yol qəzasında dünyasını dəyişib
LivePress ntv.com.tr-yə istinadən bildirir:
“Beşiktaş”ın ulduzu Vilfred Ndidinin atası yol qəzasında dünyasını dəyişib.
“Beşiktaş”ın nigeriyalı futbolçusu Vilfred Ndidinin atası yol qəzası nəticəsində dünyasını dəyişib.
Ağ-qara komandanın verdiyi açıqlamada bu ifadələr yer alıb:
“Futbolçumuz Vilfred Ndidinin dəyərli atası Sunday Ndidinin faciəvi yol qəzasında həyatını itirdiyini böyük kədərlə öyrəndik.
Allah mərhuma rəhmət eləsin; Futbolçumuz Vilfred Ndidiyə, ailəsinə və yaxınlarına başsağlığı veririk”.
Ötən yay “Lester Siti”dən 8 milyon avroya transfer edilən Vilfred Ndidinin “Beşiktaş”la 2028-ci ilə qədər müqaviləsi var.