Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir
  • Ölkə

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

LIVE PRESS 28/01/2026 4 minutes read
valideynlər-və-onlari-əvəz-edən-səxslər-tərəfindən-usaqlara-qarsi-zorakiligin-tətbiqi-yolverilməzdir-–-qanun-sərtləsdirilir

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ var. Qanunla müəyyən edilmiş hallardan başqa, valideynlərin iradəsinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Sənəd layihəsinə əsasən, valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə onun maraqlarına zidd olan hallar istisna olmaqla, valideynləri ilə ünsiyyətdə olmaq hüququ var.

Qanun layihəsinə görə, valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər və onları əvəz edən şəxslər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fizikivə mənəvi inkişafına cavabdehdirlər. Valideynlər və onları əvəz edən şəxslər uşağı sağlam böyütməli, milli və ümumbəşəri dəyərlər əsasında tərbiyə etməli və müstəqil həyata hazırlamalıdırlar. Uşağın maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və qanuni mənafelərinin mühafizəsi valideynlərin və onları əvəz edən şəxslərin əsas vəzifələridir. Valideynlər və onları əvəz edən şəxslər uşaq barəsində onun üstün mənafeyinə zidd olmayan tərbiyəvi tədbirlər görür və uşağı zərərli informasiyadan qoruyurlar. Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir. Valideynlərin və onları əvəz edən şəxslərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının (qurumlarının) müdaxiləsinə yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilir. Uşaqların erkən evliliyə daxil olmağa məcbur edilməsi, bu barədə valideynlər və onları əvəz edən şəxslər arasında qabaqcadan hər hansı sövdələşmənin aparılması, habelə erkən evliliklə bağlı mərasimlərin təşkil olunması və uşaqlar barədə dini kəbinkəsmə (dini nikah) qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Uşaqların vurduğu maddi ziyana görə onların valideynləri (onları əvəz edən şəxslər) Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Layihəyə əsasə, hər bir uşağın mənzil hüququ var və o, yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Uşaqların yaşadıqları mənzil sahəsinə valideynləri və ailənin digər üzvləri ilə bərabər hüquqları var. Hər bir uşağın valideynlərinin (övladlığa götürənlərinin) əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən (övladlığa götürənlərdən) hər ikisi və ya biri xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ var.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  
Next: Azərbaycan nefti bahalaşıb 

Related Stories

bakiətrafi-ərazilərdə-yeni-tikiləcək-və-bərpa-olunacaq-dəmiryol-stansiyalarinin-adlari-aciqlanib
  • Ölkə

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

LIVE PRESS 28/01/2026 0
yanvar-ayinin-butun-sosial-odənisləri-yekunlasdirilib  
  • Ölkə

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

LIVE PRESS 28/01/2026 0
azərbaycan-nefti-bahalasib 
  • Ölkə

Azərbaycan nefti bahalaşıb 

LIVE PRESS 28/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Səlcuq İnandan Fənərbaxça sözləri
  • Domenico Tedesco canlı yayımda izah etdi: Niyə Con Duran heyətə daxil edilmədi?
  • “Fənərbaxça” və “Qalatasaray”ın favoriti Ömər Marmuşun son durumu bəlli olub.
  • Chelsea milyon avroluq ulduzundan qurtulmağa çalışır: Onu pulsuz buraxacaqlar
  • Tammy Abrahamın transferindən sonra Unai Emeridən ilk açıqlama

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Səlcuq İnandan Fənərbaxça sözləri səlcuq-inandan-fənərbaxca-sozləri 1
  • Idman

Səlcuq İnandan Fənərbaxça sözləri

28/01/2026 0
Domenico Tedesco canlı yayımda izah etdi: Niyə Con Duran heyətə daxil edilmədi? domenico-tedesco-canli-yayimda-izah-etdi:-niyə-con-duran-heyətə-daxil-edilmədi? 2
  • Idman

Domenico Tedesco canlı yayımda izah etdi: Niyə Con Duran heyətə daxil edilmədi?

28/01/2026 0
“Fənərbaxça” və “Qalatasaray”ın favoriti Ömər Marmuşun son durumu bəlli olub. “fənərbaxca”-və-“qalatasaray”in-favoriti-omər-marmusun-son-durumu-bəlli-olub. 3
  • Idman

“Fənərbaxça” və “Qalatasaray”ın favoriti Ömər Marmuşun son durumu bəlli olub.

28/01/2026 0
Chelsea milyon avroluq ulduzundan qurtulmağa çalışır: Onu pulsuz buraxacaqlar chelsea-milyon-avroluq-ulduzundan-qurtulmaga-calisir:-onu-pulsuz-buraxacaqlar 4
  • Idman

Chelsea milyon avroluq ulduzundan qurtulmağa çalışır: Onu pulsuz buraxacaqlar

28/01/2026 0
Tammy Abrahamın transferindən sonra Unai Emeridən ilk açıqlama tammy-abrahamin-transferindən-sonra-unai-emeridən-ilk-aciqlama 5
  • Idman

Tammy Abrahamın transferindən sonra Unai Emeridən ilk açıqlama

28/01/2026 0

Bir daha bax

səlcuq-inandan-fənərbaxca-sozləri
  • Idman

Səlcuq İnandan Fənərbaxça sözləri

Jurnalist 28/01/2026 0
domenico-tedesco-canli-yayimda-izah-etdi:-niyə-con-duran-heyətə-daxil-edilmədi?
  • Idman

Domenico Tedesco canlı yayımda izah etdi: Niyə Con Duran heyətə daxil edilmədi?

Jurnalist 28/01/2026 0
“fənərbaxca”-və-“qalatasaray”in-favoriti-omər-marmusun-son-durumu-bəlli-olub.
  • Idman

“Fənərbaxça” və “Qalatasaray”ın favoriti Ömər Marmuşun son durumu bəlli olub.

Jurnalist 28/01/2026 0
chelsea-milyon-avroluq-ulduzundan-qurtulmaga-calisir:-onu-pulsuz-buraxacaqlar
  • Idman

Chelsea milyon avroluq ulduzundan qurtulmağa çalışır: Onu pulsuz buraxacaqlar

Jurnalist 28/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Səlcuq İnandan Fənərbaxça sözləri
  • Domenico Tedesco canlı yayımda izah etdi: Niyə Con Duran heyətə daxil edilmədi?
  • “Fənərbaxça” və “Qalatasaray”ın favoriti Ömər Marmuşun son durumu bəlli olub.
  • Chelsea milyon avroluq ulduzundan qurtulmağa çalışır: Onu pulsuz buraxacaqlar
  • Tammy Abrahamın transferindən sonra Unai Emeridən ilk açıqlama
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.