“Fənərbaxça” və “Qalatasaray”ın favoriti Ömər Marmuşun son durumu bəlli olub.
LivePress ntvspor-a istinadən bildirir:
Transferin məşhur adı Ömər Marmuş Mançester Sitidə qala bilər. Ulduz futbolçunun adı “Qalatasaray” və “Fənərbaxça”da hallanırdı.
Ötən mövsüm fasilədə “Mançester Siti”yə transfer olunan Ömər Marmuş bu mövsüm əvəzlənib. Ulduz futbolçunun fasilədə komandanı tərk etmə ehtimalı var idi. Lakin komandadan bir müddət əvvəl ayrıldığına görə, Marmuşun Sitidə qalacağı gözlənilir.
Misirli hücumçunun qış transfer dönəmində “Qalatasaray” və ya “Fənərbaxça”ya icarəyə verilə biləcəyi iddia edilirdi. Lakin komandada zədəli futbolçuların artması və Oskar Bobbun getmə ehtimalı bu transferin ləğvinə səbəb olub.
“Sky Sports”un məlumatına görə, “Mançester Siti” Oskar Bobbun transferi üçün 27 milyon funt-sterlinq qarşılığında “Fulhem”lə razılığa gəlib. Bu transfer baş tutsa, Ömər Marmuş komandada qalacaq.
Bu mövsüm 17 oyuna çıxan Ömər Marmuş 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.