“Beşiktaş” milli futbolçunun transferini rəsmən açıqlayıb
LivePress ntv.com.tr-yə istinadən bildirir:
Beşiktaş milli futbolçu Yasin Özcanın satın alma opsiyalı müvəqqəti transferi ilə bağlı İngiltərənin Aston Villa klubu ilə razılığa gəldiyini açıqlayıb.
“Beşiktaş” “Aston Villa”dan müdafiəçi Yasin Özcanı satın alma opsiyonu ilə icarəyə götürdüyünü açıqlayıb.
“Ağ-qaralar” klubunun internet saytından “Beşiktaşımıza xoş gəlmisiniz, Yasin Özcan” başlıqlı açıqlamada bu ifadələr yer alıb:
“Peşəkar futbolçu Yasin Özcanın satınalma opsiyalı müvəqqəti transferi ilə bağlı Aston Villa ilə razılıq əldə olunub. Yasin Özcanla 1+4 illik (2029-2030 mövsümünün sonuna qədər) müqavilə imzalanıb. Yasin Özcana şanlı formamızla böyük uğurlar arzulayırıq və hörmətlə ictimaiyyətə təqdim edirik”.
Gənc müdafiəçi bu mövsüm icarə əsasında Belçikanın “Anderlext” komandasında 6 matçda iştirak edib.
ABRAHAM ASTON VİLLAYA GEDİB
“Beşiktaş” Aston Villa ilə danışıqlarda Tammi Abrahamı 21 milyon avroya satıb.
Qara-ağlar Yasin Özcanı əvəzində almaq opsiyonu ilə icarəyə götürüb.
ADALI TARİXİ VERDİ
“Beşiktaş”ın prezidenti Serdal Adalı “Eyüpspor”la 2-2 bitən matçdan sonra transfer tarixini açıqlamışdı.
“AYIN 5-İNƏ GƏLƏCƏK”
Yayımçıya açıqlama verən Adalı, “Panik transferləri etməyəcəyik. Bu səbəbdən transferlər bu vaxta təxirə salınıb. Bu gün 5 nəfəri endirə bilərik, amma bunu etməyəcəyik. Ayın 5-nə qədər bu transferləri tamamlayacağıq” dedi. dedi.