Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  
  • Ölkə

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

LIVE PRESS 29/01/2026 4 minutes read
yeni-beynəlxalq-audit-standartlarinin-olkədə-tətbiqi-hansi-cagirislar-formalasdirir?  

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

Yeni beynəlxalq audit standartlarının (BAS) ölkədə tətbiqi hansı çətinliklər yaradır və auditorların bu standartlara uyğunlaşması üçün hansı dəstək proqramları var?

Auditorlar Palatasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, beynəlxalq audit standartları Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) əqli mülkiyyətidir.

Ölkədə standartların tətbiqindən danışılarkən təkcə yeni qəbul olunmuş standartlardan yox, həm də əlavə və dəyişikliklər edilmiş standartları da diqqət mərkəzində saxlamaq lazımdır. Bu standartların tətbiqi üçün bir sıra beynəlxalq hüquq prosedurlarının aparılması zəruridir. Bu prosedurlar İFAC-ın “Tərcümə Strategiyası”na müvafiq olaraq həmin qurumdan sənədin tərcümə və nəşri üçün icazə (müəlliflik hüququ) alınmasından, peşəkar tərcüməçi tərəfindən mətnin tərcüməsindən, peşə redaktəsindən və korrektə işlərindən ibarətdir. Bu sahədə palata tərəfindən müntəzəm işlər görülür. Təkcə son 2 il ərzində 5 yenilənmiş BAS-ın və 2 yeni qəbul olunmuş standartın tərcüməsinə palata tərəfindən xüsusi hüquq alınıb. Həmin standartlar BAS-ın prosedurlarına uyğun olaraq tam həcmdə tərcümə və nəşr etdirilib, onlara dair şərhlər hazırlanıb, auditorlara, maraqlı tərəflərə və ictimaiyyətə təqdim edilib.

“Yeni standartlara gəldikdə isə qeyd etməliyik ki, son 5 ildə 2 standart qəbul edilib. Bu standartlardan birincisi “Az mürəkkəb müəssisələrin maliyyə hesabatlarının auditi üzrə Beynəlxalq Audit Standartı”dır. Həmin standart bu il dekabrın 15 dən sonrakı dövrlər üçün hazırlanan maliyyə hesabatlarının auditi zamanı tətbiq ediləcəkdir. Digər standart isə “Dayanıqlı inkişaf hesabatlarının auditi üzrə” 5000 (İSSA 5000) standartıdır. Həmin standart 2026-cı ilin dekabr ayından tətbiq olunacaqdır”, – deyə palatadan bildirilib.

Bu standartların tətbiqi üzrə çətinliklər nədən ibarətdir?

Az mürəkkəb müəssisələr üçün tətbiqi nəzərdə tutulan standartın tətbiqində heç bir çətinlik gözlənilmir. Ona görə ki, bu auditorlar üçün hətta müəyyən rahat bir şərait yaradır. İndiyə kimi az və ya çox mürəkkəb müəssisə parametri auditdə tətbiq olunmadığı üçün mikro, kiçik və hətta sənəd dövriyyəsi, əməliyyat sayı az olan, lakin məbləğ ifadəsində böyük dövriyyəsi olan müəssisələrin maliyyə hesabatlarının auditləri ilə iri və mürəkkəb müəssisələr üçün tələb eyni olub. Bu yeni standartın tətbiqi auditorlar üçün heç bir çətinlik yaratmır. Yeni qəbul olunmuş 2-ci standart isə “Dayanıqlı inkişaf hesabatlarının auditi üzrə” 5000 (İSSA 5000) həm mühasiblər, həm də auditlər üçün çox ciddi çətinliklər yarada bilər. Məlum olduğu kimi, bu standart qeyri-maliyyə hesabatına tətbiq olunacaq və bunun tərkibindəki ətraf mühit, sosial və korporativ idarəetmə bölmə məsələləri maliyyə hesabatlığı və mühasibat uçotu baxımından, eyni zamanda, audit nöqteyi- nəzərindən tam fərqli bir çərçivədir: “Bu standartın tətbiqi ilə bağlı çətinlik ilk növbədə kadr hazırlığı və yenidən hazırlanması sahəsində gözlənilir. Auditorlar Palatası öz funksiyaları və səlahiyyətləri çərçivəsində bu standartın tətbiqi ilə bağlı kompleks tədbirlər keçirməkdədir. Ötən ildən başlayaraq yuxarıda qeyd etdiyimiz kimi bu standartın tərcümə və nəşri ilə bağlı prosedurlar başa çatdırılıb, auditorların maarifləndirilməsi üzrə bir neçə seminar keçirilib və standartın tətbiqinə dair şərh hazırlanıb. Ümidvarıq ki, bu standartın tətbiqi ilə bağlı qarşıya çıxa bilən digər maneələr də tərəfimizdən uğurla dəf olunacaq”.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 
Next: Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  

Related Stories

abs-numayəndə-heyəti-“abad”-muəssisəsində  
  • Ölkə

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində  

LIVE PRESS 29/01/2026 0
anama-ilə-macaristanin-keyfiyyət-və-eməkdasliq-ucun-minatəmizləmə-mərkəzi-arasinda-əməkdasliq-məsələləri-muzakirə-olunub  
  • Ölkə

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

LIVE PRESS 29/01/2026 0
nikol-pasinyan:-“qarabag-hərəkati”-movzusu-birdəfəlik-baglanmalidir  
  • Ölkə

Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  

LIVE PRESS 29/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində  
  • ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  
  • Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  
  • Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  
  • Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində   abs-numayəndə-heyəti-“abad”-muəssisəsində   1
  • Ölkə

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində  

29/01/2026 0
ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub   anama-ilə-macaristanin-keyfiyyət-və-eməkdasliq-ucun-minatəmizləmə-mərkəzi-arasinda-əməkdasliq-məsələləri-muzakirə-olunub   2
  • Ölkə

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

29/01/2026 0
Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır   nikol-pasinyan:-“qarabag-hərəkati”-movzusu-birdəfəlik-baglanmalidir   3
  • Ölkə

Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  

29/01/2026 0
Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?   yeni-beynəlxalq-audit-standartlarinin-olkədə-tətbiqi-hansi-cagirislar-formalasdirir?   4
  • Ölkə

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

29/01/2026 0
Azərbaycanın ən güclü boksçuları müəyyənləşib  azərbaycanin-ən-guclu-boksculari-muəyyənləsib  5
  • Ölkə

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 

29/01/2026 0

Bir daha bax

abs-numayəndə-heyəti-“abad”-muəssisəsində  
  • Ölkə

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində  

LIVE PRESS 29/01/2026 0
anama-ilə-macaristanin-keyfiyyət-və-eməkdasliq-ucun-minatəmizləmə-mərkəzi-arasinda-əməkdasliq-məsələləri-muzakirə-olunub  
  • Ölkə

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

LIVE PRESS 29/01/2026 0
nikol-pasinyan:-“qarabag-hərəkati”-movzusu-birdəfəlik-baglanmalidir  
  • Ölkə

Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  

LIVE PRESS 29/01/2026 0
yeni-beynəlxalq-audit-standartlarinin-olkədə-tətbiqi-hansi-cagirislar-formalasdirir?  
  • Ölkə

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

LIVE PRESS 29/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində  
  • ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  
  • Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  
  • Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  
  • Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.