LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda bütün ştatda fahişəliyi leqallaşdıran qanun layihəsi nəzərdən keçirilir. Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Qeyd edildiyi kimi, bütün ştatda fahişəliyi dekriminallaşdıran layihə ABŞ tarixində ilk dəfə qanunvericilər tərəfindən nəzərdən keçirilir.
Layihəyə əsasən, seks işçilərinin, eləcə də onları başqa ölkələrdən daşıyan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən imtina edilməsi təklif edilir.
Seks ticarətində zorakılığı dayandırın qanunu Demokrat senator Culiya Salazan tərəfindən təqdim edilib. Ona Respublikaçılar Partiyasının nümayəndələri qarşı çıxır. Təşəbbüsün əleyhdarlarının fikrincə, quldurluq və soyğunçuluq kimi digər cinayətlər çox vaxt fahişəliklə əlaqələndirilir.