Biotexnologiya startapı olan Cortical Labs, insan beyin hüceyrələri tərəfindən idarə olunan iki kiçik məlumat mərkəzi üzərində işləyir. Bu mərkəzlər laboratoriyada yetişdirilən neyronları silikon üzərinə yerləşdirir və bu təcrübə bir gün Nvidia kimi şirkətlərin çiplərinə meydan oxuya bilər.
LivePress Media Bloombergə istinadən xəbər verir ki, Avstraliyada yerləşən startap çərşənbə axşamı günü verdiyi açıqlamada bildirib ki, ilk bioloji məlumat mərkəzini Melburnda açıb və Sinqapurda tərəfdaşı DayOne Data Centers Ltd. ilə birlikdə başqa bir mərkəzi inşa edir . Ənənəvi prosessorlarda işləyən server rəfləri əvəzinə, obyektlərdə insan beyin hüceyrələri ilə işləyən CL1 cihazları kimi tanınan bioloji kompüterlər yerləşəcək.