Süni intellekt əsaslı “Edge Network”ün yerli aktivi EDGE, rəsmi satışa çıxarıldığı ilk həftədə 48% bahalaşaraq diqqət mərkəzinə düşüb.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, bu artım mərkəzləşdirilməmiş hesablama gücü sahəsindəki yeniliklər və iri birjaların listinq elanları ilə bağlıdır. İnvestorların süni intellekt layihələrinə marağı nəticəsində tokenin gündəlik ticarət həcmi 150 milyon dollara çatıb. Şirkət şəbəkə təhlükəsizliyini artırmaq üçün yaxınlarda yeni “staking” mexanizmini işə salacağını bəyan edib. Analitiklər bu performansı “AI-kripto” sektorunda yeni bir trendin başlanğıcı hesab edirlər. Hazırda ekosistemin genişləndirilməsi və qiymət sabitliyinin qorunması istiqamətində işlər davam edir.