Dünya bazarında volframın qiymətinin rekord həddə çatması Vyetnamın ən böyük mədənlərindən biri olan “Nui Phao”nun satışını gündəmə gətirib.
LivePress Media Bloombergə istinadən xəbər verir ki, strateji metalın bahalaşması səbəbindən xarici investorlar bu aktiv üçün rəqabətə başlayıblar.
“Masan Group” artıq ABŞ və Yaponiya şirkətləri ilə ciddi danışıqlar aparır. Müdafiə və texnologiya sektorundakı yüksək tələbat mədənin bazar dəyərini əhəmiyyətli dərəcədə artırıb. Analitiklər bu sövdələşmənin Vyetnamın qlobal kritik minerallar bazarındakı rolunu gücləndirəcəyini bildirirlər.