TRON-un qurucusu Castin San Qırğızıstan Prezidenti Sadır Japarov ilə rəqəmsal transformasiya və Web3 texnologiyalarının ölkədə inkişafı barədə danışıqlar aparıb.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, görüşdə blokçeyn texnologiyasının dövlət və maliyyə sektoruna inteqrasiyası əsas mövzu olub.
Bu əməkdaşlığın Qırğızıstana yeni investisiyalar gətirəcəyi və şəffaf rəqəmsal sistemlərin qurulmasına kömək edəcəyi gözlənilir. Castin San ölkənin texnoloji gələcəyinə dəstək verməyə hazır olduqlarını bildirib. Analitiklər bu strateji görüşü regionda blokçeyn qəbulunun sürətlənməsi kimi xarakterizə edirlər.