Hindistan ilk dəfə denge qızdırmasına qarşı yerli istehsal olan “DengiAll” peyvəndinin istifadəsinə icazə verib.
LivePress Media “The Times of India”ya istinadən xəbər verir ki, bu preparat virusun bütün növlərinə qarşı effektiv müdafiə təmin edir.
Kliniki sınaqlar peyvəndin xəstəliyin ağır formalarının qarşısını almada böyük uğur qazandığını göstərib. Səhiyyə Nazirliyi bu addımın illik yoluxma və ölüm rəqəmlərini kəskin azaldacağını proqnozlaşdırır. Peyvəndin yaxın vaxtlarda bütün ölkə üzrə əlçatan olacağı gözlənilir. Ekspertlər bunu Hindistanın ictimai səhiyyə sistemi üçün tarixi zəfər adlandırırlar.