İŞİD-X qruplaşmasının süni intellekt dəstəkli təbliğat kampaniyaları və kriptovalyuta ilə maliyyə toplama cəhdləri Hindistan təhlükəsizlik xidmətlərini hərəkətə keçirib.
LivePress Media “The Crypto Times”a istinadən xəbər verir ki, terror təşkilatı anonim rəqəmsal aktivlərdən istifadə edərək maliyyə bazasına çıxış əldə etməyə çalışır.
AI vasitəsilə hazırlanan saxta məzmunlar vasitəsilə radikal ideologiyaların yayılması kiber-təhlükəsizlik mütəxəssisləri tərəfindən ciddi narahatlıqla qarşılanır. Təşkilatın bu texnoloji gedişi bölgədəki hərbi və mülki təhlükəsizliyi təhdid edən yeni bir ünsürə çevrilib. Rəsmi Dehli şübhəli kripto cüzdanları və AI profillərini izləmək üçün texnoloji nəzarəti artırıb. Hazırda radikal qrupların maliyyə mənbələrini kəsmək üçün xüsusi əməliyyat qrupları işləyir. Bu hadisə terrorla mübarizədə rəqəmsal cəbhənin önəmini bir daha üzə çıxarıb.