LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Unterhaching şəhərində “Bavariya” və “Monako” komandaları arasında yoldaşlıq oyunu başa çatıb. ‘’Monako’’ komandası Almaniya çempionuna 2:4 hesabı ilə uduzub.
Qaliblərdən qolları Konrad Laymer (31), Camal Musiala (42), Serj Qnabri (45+2, penalti) və Leroy Sane (68) vurublar. Moneqasklardan Takumi Minamino (29-cu) və Vissam Ben Yedderi (64-cü, penaltidən) fərqləndiriblər.