LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki , Rusiyalı teatr və kino aktyoru 61 yaşında Blaqoveşenskdə vəfat edib.
Faciəli xəbəri Aleksandrın həmkarları paylaşıb və aktyorun fevralın 6-da qəflətən dünyasını dəyişdiyini bildiriblər. Yerli mətbuatın məlumatına görə, ölüm səbəbi ürək çatışmazlığı olub. Sənətçi ilə vidalaşmanın dəqiq tarixi və vaxtı daha sonra açıqlanacaq.
“Belə istedadlı sənətkarın vəfatı Amur vilayətinin mədəniyyəti üçün əvəzedilməz itkidir. Biz Aleksandr Pavloviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – Amur Vilayət Dram Teatrının rəhbərliyi bildirib.
Aleksandr Simonets 1990-2013-cü illərdə Moskva Akademik Satira Teatrında çalışmış, burada V.Şekspir, N.Qoqol, M.Bulqakov, M.Şirvindt və başqalarının əsərləri əsasında bir çox tamaşalarda oynamışdır. 2016-cı ildən Amur Vilayət Dram Teatrında fəaliyyət göstərir.
Daha əvvəl “Yeddinci simfoniya” serialının 27 yaşlı aktyoru Kirill Turutinin ölümü ilə bağlı məlumat yayılmışdı .