LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki , Fransız aktrisa Mişlin Prel 102 yaşında vəfat edib. Tamaşaçılar onu “Qraf Monte Kristo”, “Səfillər”, “Fanfan” və digər filmlərdəki rollarına görə xatırlayırlar.
Aktrisa fevralın 21-də dünyasını dəyişib. Ölümün səbəbləri hələ açıqlanmayıb.
Bu kədərli xəbəri “Le Figaro” nəşri yayıb.
Aktrisanın əsl adı Micheline Nicole Julie Emilienne Chassagne-dir. Onun kino debütü 1937-ci ildə baş verdi. Ümumilikdə aktrisanın filmoqrafiyasına 200-ə yaxın layihə daxildir.
Prelin ən məşhur rolları arasında “Kameliyaların xanımı” (1953), “Napoleon” (1954), “Qırmızı və Qara” (1961), “Fanfan” (1993), “Səfillər” (1995), “Qraf Monte Kristo” (1998) və başqa filmlər.