
LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Sankt-Peterburqda məhkəmə qıza 111 bıçaq xəsarəti yetirən iki nəfəri nəzarətə götürüb. Şəhər məhkəmələrinin birgə mətbuat xidməti xəbər verir ki, həbs edilənlər xüsusi amansızlıqla qətl törətməkdə ittiham olunublar. Həmin şəxslər oktyabrın 7-dək həbsdə qalacaqlar.
Faciə avqustun 2-nə keçən gecə Krasnoputilovskaya küçəsindəki mənzildə baş verib. Müstəntiqlərin fikrincə, narkotikdən sərxoş olan şübhəlilər 25 yaşlı qurbanı baş, boyun, gövdə və yuxarı ətraf nahiyələrindən bıçaqlayıblar. Qız yerindəcə keçinib, hücum edənlər qaçıblar. Daha sonra onlar İnquşetiya Respublikasından olan həmkarlarının köməyi ilə Sankt-Peterburq polisi tərəfindən saxlanılaraq şəhərə aparılıb.
Həbs edilənlərdən biri təqsirini tamamilə etiraf edib. İkincisi isə öz mövqeyini bildirməkdən imtina edib.