Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • ABŞ və BMT-dən sülh danışıqlarına birmənalı dəstək
  • Ölkə

ABŞ və BMT-dən sülh danışıqlarına birmənalı dəstək

LIVE PRESS 13/07/2025 4 minutes read
abs-və-bmt-dən-sulh-danisiqlarina-birmənali-dəstək

ABŞ və BMT-dən sülh danışıqlarına birmənalı dəstək

Beynəlxalq birlik Əbu-Dabi görüşünü dayanıqlı sülhə gedən yolda ciddi irəliləyiş kimi dəyərləndirir

İyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) geniş tərkibdə, vasitəçisiz görüşü müzakirə mövzusu olaraq qalır. Çünki konstruktiv keçən görüşdə sülh gündəliyinin mühüm istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Hər iki ölkədə aparılan danışıqlar, əldə edilən razılaşmalar müsbət qiymətləndirilib. Təbii ki, liderlərin görüşünə beynəlxalq ictimaiyyətin də marağı yüksək idi. Vaxtı ilə sülh müqaviləsinin bağlanması üçün vasitəçilik müssiyasını üzərilərinə götürən təşkilatlar və bəzi ölkələr indi tərəflərin yalnız birbaşa danışıq aparmalarının müsbət nəticələr verdiyinə şahidlik edirlər. Görüşdən sonra beynəlxalq ictimaiyyətin nəticəyə dair mövqeyi də onu deməyə əsas verir ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyən təşkilat və dövlətlər indi ikitərəfli formatın davam etməsinin tərəfdarıdırlar. 

 Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Azərbaycan və Ermənistan liderlərinin görüşünə münasibəti bu fikirləri söyləməyə əsas verir. BMT baş katibinin sözçüsü Stefan Dujarrik baş katibin iki lider arasında keçirilən görüşə münasibətinə dair suala cavab olaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən son görüş bölgədə dayanıqlı sülhə gedən yolda ciddi irəliləyiş kimi dəyərləndirilir: “İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər”. Onun fikrincə, Antonio Quterreş iki ölkə arasında müsbət yöndə davam edən prosesləri çox yaxından izləyir: “Uzun müddət gərginlik yaşamış iki ölkə arasında bu dialoqu alqışlayırıq. Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Bu görüş sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. Baş katib bu prosesləri çox yaxından izləyir”, – deyə S.Dujarrik vurğulayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus isə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib ki, ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir: “Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-in məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur”. 

Amerika Birləşmiş Ştatları da prosesləri yaxından izlədiyini bəyan etməklə proseslərdən heç bir halda kənarda qalmaq istəmədiyini və maraqlı olduğunu açıq şəkildə ifadə etməyə çalışır.  Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq birlik iki ölkə arasındakı sülh danışıqlarını yüksək qiymətləndirir. Əbu-Dabi görüşü dayanıqlı sülhə gedən yolda ciddi irəliləyiş kimi dəyərləndirilir.

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycana həsr edilən ömür
Next: Mikels ümidlidir

Related Stories

1
  • Ölkə

Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

LIVE PRESS 08/04/2026
dun
  • Ölkə

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik.

LIVE PRESS 07/04/2026
soy
  • Ölkə

Xalqımıza qarşı törədilmiş qanlı faciə.

LIVE PRESS 31/03/2026
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
  • Tesla Cybertrucka bənzəyən zirehli sürət kamerası sürücüləri təəccübləndirir.
  • Yeni EDGE tokeni bir həftədə 48% dəyər qazanıb.
  • Afrika kripto bazarı tənzimləmələrin artması ilə 52% böyüyüb.
  • FTB: 2025-ci ildə kripto fırıldaqçılığı 11 milyard dolları keçib.

REKLAM

No comments to show.

Trend XƏBƏRLƏR

Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir. 1 1
  • Ölkə

Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

08/04/2026
Tesla Cybertrucka bənzəyən zirehli sürət kamerası sürücüləri təəccübləndirir. radaa 2
  • Texnologiya

Tesla Cybertrucka bənzəyən zirehli sürət kamerası sürücüləri təəccübləndirir.

08/04/2026
Yeni EDGE tokeni bir həftədə 48% dəyər qazanıb. eddg 3
  • İqtisadiyyat

Yeni EDGE tokeni bir həftədə 48% dəyər qazanıb.

08/04/2026
Afrika kripto bazarı tənzimləmələrin artması ilə 52% böyüyüb. affrrr 4
  • İqtisadiyyat

Afrika kripto bazarı tənzimləmələrin artması ilə 52% böyüyüb.

08/04/2026
FTB: 2025-ci ildə kripto fırıldaqçılığı 11 milyard dolları keçib. fttb 5
  • İqtisadiyyat

FTB: 2025-ci ildə kripto fırıldaqçılığı 11 milyard dolları keçib.

08/04/2026

Bir daha bax

1
  • Ölkə

Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

LIVE PRESS 08/04/2026
radaa
  • Texnologiya

Tesla Cybertrucka bənzəyən zirehli sürət kamerası sürücüləri təəccübləndirir.

Jurnalist 08/04/2026
eddg
  • İqtisadiyyat

Yeni EDGE tokeni bir həftədə 48% dəyər qazanıb.

Jurnalist 08/04/2026
affrrr
  • İqtisadiyyat

Afrika kripto bazarı tənzimləmələrin artması ilə 52% böyüyüb.

Jurnalist 08/04/2026

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kateqoriyalar

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Bərdə rayon İH başçısının Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
  • Tesla Cybertrucka bənzəyən zirehli sürət kamerası sürücüləri təəccübləndirir.
  • Yeni EDGE tokeni bir həftədə 48% dəyər qazanıb.
  • Afrika kripto bazarı tənzimləmələrin artması ilə 52% böyüyüb.
  • FTB: 2025-ci ildə kripto fırıldaqçılığı 11 milyard dolları keçib.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.