“Ripple”ın hesabatına görə, Afrika kriptovalyuta bazarı ötən ilə nisbətən 52% artaraq qlobal miqyasda ən sürətli inkişaf edən region olub.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, Nigeriya, Cənubi Afrika və Keniya kimi ölkələrdəki aydın hüquqi tənzimləmələr institusional investorların inamını kəskin artırıb. Region üzrə on-chain tranzaksiya həcmi artıq 205 milyard dollara çatıb. Xüsusilə transsərhəd ödənişlərdə və inflyasiyadan qorunmaq üçün rəqəmsal aktivlərin istifadəsi kütləvi xarakter alıb. Ripple-ın vitse-prezidenti Brooks Entwistle Afrikanın rəqəmsal iqtisadiyyatda liderlik potensialını yüksək qiymətləndirib. Analitiklər yaxın illərdə qitənin qlobal kripto mərkəzinə çevriləcəyini proqnozlaşdırırlar.