Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Aİ missiyasının buqələmun taktikası
  • Ölkə

Aİ missiyasının buqələmun taktikası

LIVE PRESS 28/01/2026 7 minutes read
ai-missiyasinin-buqələmun-taktikasi

Aİ missiyasının buqələmun taktikası

Missiya indiki formatını dəyişərək regionda qalmaq niyyətindədir 

Cənubi Qafqazda sülhün konturlarının cızılması regiondakı beynəlxalq oyunçuların gələcək roluna dair sualları aktuallaşdırıb. Mövcud sülh şəraiti aparıcı dövlətləri, xüsusən Qərb institutlarını sülhdən sonrakı dövr üçün yeni və daha kreativ bəhanələr tapmağa vadar edir. 

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının (EUMA) rəhbəri Markus Ritterin son açıqlamaları bu kontekstdə diqqət çəkir. M.Ritter bildirir ki, sülh sazişi qüvvəyə mindikdən sonra missiyanın fəaliyyətinə ehtiyac qalmayacaq. Bununla belə, o qeyd edir ki, missiyanın 2023-cü ildən bəri həyata keçirdiyi fəaliyyətlər gələcəkdə də müəyyən formada davam etdiriləcək. Ritterin sözlərinə görə, sərhəddə patrul xidməti və hesabatların təqdim olunması ilə paralel olaraq, sərhədyanı icmaların, o cümlədən münaqişədən zərərçəkmiş yaşayış məntəqələrinin ziyarəti də həyata keçiriləcək. Missiyanın rəhbəri onu da vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqton razılaşmalarının imzalanmasından sonra sərhəddə heç bir insident qeydə alınmayıb. 

Ritter bir tərəfdən, regionda marağı olan digər güclərin (Rusiya, İran) missiyaya qarşı narahatlığını azaltmağa çalışır, digər tərəfdən isə Aİ-nin regionda “ayaq izini” saxlamaq niyyətini büruzə verir. Onun Ermənistandakı Aİ missiyası ilə bağlı bəyanatı getmək istəyən deyil, daha çox qalmaq üçün bəhanə axtaran diplomatın çıxışını xatırladır. Sülh müqaviləsindən sonra missiyaya ehtiyacın bitəcəyini elan edən rəsmi Brüssel, eyni zamanda sərhədyanı icmalarla iş adı altında yeni bir fəaliyyət mexanizminin anonsunu verir. Ritter missiyanın fəaliyyətinin “müəyyən formada” davam edəcəyinə işarə vurur. Bu, missiyanın adının və hüquqi statusunun dəyişdirilməsi planıdır. 

Yəni ciddi narazılıqla üzləşən Aİ-nin hərbiləşdirilmiş müşahidəçilərini “hesabat yazan” mütəxəssislər əvəzləyəcək. “Sərhədyanı icmaların ziyarəti” bəndi də stratejidir. Bu, Aİ-yə imkan verir ki, rəsmi sərhəd monitorinqi aparmasa da, birbaşa yerlərdə olmaqla vəziyyəti izləsin. Bununla, Qərbin regiondakı geosiyasi maraqlarının sülh prosesindən sonrakı dövr üçün də proqramlaşdırıldığı ortaya çıxır.  

Açıqlamada diqqətçəkən məqamlardan biri də 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton razılaşmalarına istinaddır. Ritterin qeyd etdiyi kimi, həmin tarixdən bəri sərhəddə insidentlərin olmaması sülh prosesinin artıq praktiki mərhələyə keçdiyini və tərəflərin razılaşmalara sadiq qaldığını göstərir. Bu sabitlik fonunda missiyanın hərbi monitorinq funksiyası öz əhəmiyyətini itirir, çünki artıq tərəflər arasında birbaşa və ya dolayı etimad yaranmağa başlayıb. Vaşinqton razılaşmalarından sonra yaranan nisbi sabitliyi öz aktivinə yazmağa çalışan Aİ, bu yolla həm də Ermənistanın daxili siyasətindəki yerini möhkəmləndirir.

Xatırladaq ki, Aİ müşahidəçiləri 2023-cü ilin fevral ayından Azərbaycanla sərhədin Ermənistan tərəfində patrul missiyası həyata keçirir. 2025-ci il yanvarın 30-da Aİ Şurası 44 milyon avro büdcə ilə birliyin Ermənistandakı missiyasının mandatını iki il müddətinə uzadıb. Sənəddə bildirilir ki, missiya beynəlxalq və yerli heyət də daxil olmaqla 200-dən çox şəxsi heyətdən ibarətdir. Missiyanın müşahidəçiləri Aİ-nin 25 üzv ölkəsini və Kanadanı təmsil edirlər. Missiya tərkibində bu qədər ölkənin, xüsusilə Avropa qitəsindən kənarda yerləşən Kanadanın təmsil olunması göstərir ki, bu, sadəcə, Aİ layihəsi deyil, bütövlükdə Qərbin kollektiv nəzarət mexanizmidir. 

Missiyanın varlığı Ermənistan üçün bir növ psixoloji təhlükəsizlik çətiri rolunu oynayır və İrəvanı Moskvanın təhdidindən qoruyur. Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci ilin noyabrında bildirmişdi ki, ən azından sülh sazişi imzalanana və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlər qurulana qədər Aİ-nin monitorinq qrupunun fəaliyyətində əsaslı dəyişiklik gözlənilmir: “Müqavilə imzalandıqdan və ratifikasiya edildikdən sonra onun fəaliyyət formatında müəyyən dəyişikliklər, şübhəsiz ki, mümkündür və baş verəcək”. Paşinyanın yanaşmasından da aydın olur ki, İrəvan hökuməti Aİ missiyasının birdəfəlik bölgəni tərk etməsini arzulamır. 

“Mülki” donu geyindirilmiş Aİ-nin Ermənistandakı missiyasının məqsədi informasiya toplamaq və Ermənistanı Qərbin orbitində saxlamaqdır. Eyni zamanda Azərbaycan və Türkiyənin regionda artan təsirini diqqətlə izləmək, prosesə nəzarət etməkdir. O baxımdan, Bakının missiyaya münasibəti təkcə diplomatik narazılıq deyil, həm də regiondakı suverenlik və təhlükəsizlik maraqlarının qorunmasına yönəlmiş strateji mövqedir. Azərbaycan tərəfi açıq şəkildə Ermənistandakı Aİ-yə məxsus missiyanın “kəşfiyyat qrupu” olmasını, “binokl diplomatiyası” ilə məşğul olduğunu dəfələrlə vurğulayıb. “Binokl diplomatiyası” ifadəsi missiyanın fəaliyyət üsuluna ironik və tənqidi yanaşma kimi gündəmə gəlib. Missiya üzvləri tez-tez müxtəlif Avropa rəsmilərini və diplomatik nümayəndə heyətlərini sərhəd bölgəsinə gətirərək onlara durbinlərlə Azərbaycan tərəfini izlətdiriblər. Ermənistan mediası isə bunu “təhlükəsizlik monitorinqi” kimi ictimaiyyətə sırıyır. Həmçinin missiyanın sayı və əhatə dairəsi Azərbaycanla məsləhətləşmədən artırılıb. 

Azərbaycan missiyanın fəaliyyətinə son qoyulmasını tələb edərkən üç əsas arqumenti rəhbər tutur. Bakı və İrəvan arasında sülh prosesi yekun mərhələdədir və ikitərəfli təmaslar, müzakirələr, razılaşmalar intensivləşib. Tərəflər sərhədlərin delimitasiyası üzrə birbaşa, vasitəçisiz danışıqlarda uğur qazanıblar. Son aylarda iqtisadi əməkdaşlığa da start verilib. Bunlar sübut edir ki, prosesdə kənar vasitəçilərə, nəzarət funksiyasını icra edənlərə ehtiyac yoxdur. Ən əsası isə 2025-ci ilin avqust ayında Vaşinqtonda paraflanmış sülh sazişi layihəsində tərəflərin sərhəddə üçüncü tərəfin hərbi və ya monitorinq qüvvələrini yerləşdirməməsi barədə konkret bəndlər yer alıb. Aİ missiyasının Ermənistandakı mövcudluğu isə bu prinsipi pozur. Əgər Aİ regionda həqiqi sülh tərəfdarıdırsa, o zaman transformasiya bəhanələri axtarmaq əvəzinə, tərəflərin birbaşa razılığına hörmət etməli və öz missiyasını tamamilə yekunlaşdırmalıdır. Cənubi Qafqazın gələcəyi kənar müşahidəçilərin durbinləri ilə deyil, region dövlətlərinin imzaladığı sənədlər və qarşılıqlı etimad əsasında formalaşmalıdır.

İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “Qalatasaray”ın futbolçusu Sane “Mançester Siti” matçı öncəsi İngiltərə mətbuatına açıqlama verib: İstanbul nəfəs kəsən şəhərdir
Next: Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

Related Stories

gurcustan-prezidenti-son-10-gundə-ikinci-dəfə-əfv-fərmani-imzalayib  
  • Ölkə

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

LIVE PRESS 28/01/2026 0
abs–azərbaycan-munasibətlərində-umidverici-siqnallar-musahidə-olunur
  • Ölkə

ABŞ–Azərbaycan münasibətlərində ümidverici siqnallar müşahidə olunur

LIVE PRESS 28/01/2026 0
rusiyali-politoloq:-coxvektorlu-siyasət-bakiya-bir-sira-murəkkəb-regional-munaqisələrdə-vasitəci-olmaga-imkan-verib
  • Ölkə

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

LIVE PRESS 28/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  
  • Aİ missiyasının buqələmun taktikası
  • “Qalatasaray”ın futbolçusu Sane “Mançester Siti” matçı öncəsi İngiltərə mətbuatına açıqlama verib: İstanbul nəfəs kəsən şəhərdir
  • Beşiktaş ayrıldığını açıqladı. Tammy Abraham Premyer Liqaya yollanır
  • Bütün gözlər Sane və İlkayda olacaq, onlar “Mançester Siti”nin tarazlığını poza bilərlər. “Mən onlara həmişə minnətdaram.”

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb   gurcustan-prezidenti-son-10-gundə-ikinci-dəfə-əfv-fərmani-imzalayib   1
  • Ölkə

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

28/01/2026 0
Aİ missiyasının buqələmun taktikası ai-missiyasinin-buqələmun-taktikasi 2
  • Ölkə

Aİ missiyasının buqələmun taktikası

28/01/2026 0
“Qalatasaray”ın futbolçusu Sane “Mançester Siti” matçı öncəsi İngiltərə mətbuatına açıqlama verib: İstanbul nəfəs kəsən şəhərdir “qalatasaray”in-futbolcusu-sane-“mancester-siti”-matci-oncəsi-ingiltərə-mətbuatina-aciqlama-verib:-istanbul-nəfəs-kəsən-səhərdir 3
  • Idman

“Qalatasaray”ın futbolçusu Sane “Mançester Siti” matçı öncəsi İngiltərə mətbuatına açıqlama verib: İstanbul nəfəs kəsən şəhərdir

28/01/2026 0
Beşiktaş ayrıldığını açıqladı. Tammy Abraham Premyer Liqaya yollanır besiktas-ayrildigini-aciqladi.-tammy-abraham-premyer-liqaya-yollanir 4
  • Idman

Beşiktaş ayrıldığını açıqladı. Tammy Abraham Premyer Liqaya yollanır

28/01/2026 0
Bütün gözlər Sane və İlkayda olacaq, onlar “Mançester Siti”nin tarazlığını poza bilərlər. “Mən onlara həmişə minnətdaram.” butun-gozlər-sane-və-ilkayda-olacaq,-onlar-“mancester-siti”nin-tarazligini-poza-bilərlər-“mən-onlara-həmisə-minnətdaram.” 5
  • Idman

Bütün gözlər Sane və İlkayda olacaq, onlar “Mançester Siti”nin tarazlığını poza bilərlər. “Mən onlara həmişə minnətdaram.”

28/01/2026 0

Bir daha bax

gurcustan-prezidenti-son-10-gundə-ikinci-dəfə-əfv-fərmani-imzalayib  
  • Ölkə

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

LIVE PRESS 28/01/2026 0
ai-missiyasinin-buqələmun-taktikasi
  • Ölkə

Aİ missiyasının buqələmun taktikası

LIVE PRESS 28/01/2026 0
“qalatasaray”in-futbolcusu-sane-“mancester-siti”-matci-oncəsi-ingiltərə-mətbuatina-aciqlama-verib:-istanbul-nəfəs-kəsən-səhərdir
  • Idman

“Qalatasaray”ın futbolçusu Sane “Mançester Siti” matçı öncəsi İngiltərə mətbuatına açıqlama verib: İstanbul nəfəs kəsən şəhərdir

Jurnalist 28/01/2026 0
besiktas-ayrildigini-aciqladi.-tammy-abraham-premyer-liqaya-yollanir
  • Idman

Beşiktaş ayrıldığını açıqladı. Tammy Abraham Premyer Liqaya yollanır

Jurnalist 28/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  
  • Aİ missiyasının buqələmun taktikası
  • “Qalatasaray”ın futbolçusu Sane “Mançester Siti” matçı öncəsi İngiltərə mətbuatına açıqlama verib: İstanbul nəfəs kəsən şəhərdir
  • Beşiktaş ayrıldığını açıqladı. Tammy Abraham Premyer Liqaya yollanır
  • Bütün gözlər Sane və İlkayda olacaq, onlar “Mançester Siti”nin tarazlığını poza bilərlər. “Mən onlara həmişə minnətdaram.”
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.