Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  
  • Ölkə

Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  

LIVE PRESS 06/11/2025
akademik-asəf-haciyev:-elmə-ayrilan-vəsait-iqtisadiyyatin-dayaniqli-inkisafini-və-innovasiya-potensialini-gucləndirir  

Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  

Azərbaycan Milli Elmlər Akademiyası 80 illik fəaliyyəti dövründə zəngin inkişaf yolu keçib, ölkəmizin elmi potensialının formalaşmasında, milli elmi məktəblərin yaradılmasında və nüfuzlu alimlərin yetişməsində mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyev AMEA-nın Rəyasət Heyətində Akademiyanın 80 illik yubiley tədbirinin İkinci sessiyasında çıxışı zamanı bildirib.

AMEA-ya rəhbərlik etmiş dahi şəxsiyyətlər və onların elmimizin inkişafındakı xidmətlərindən bəhs edən akademik Asəf Hacıyev AMEA-nın ilk prezidenti – görkəmli cərrah Mirəsədulla Mirqasımovun Almaniyada qazandığı təcrübə sayəsində Azərbaycanda tibbi cərrahiyyə məktəbinin əsasını qoyduğunu vurğulayıb. O, həmçinin AMEA-nın inkişafında mühüm rolu olmuş akademik Yusif Məmmədəliyevin xidmətlərindən danışaraq, alimin iki dəfə AMEA prezidenti seçildiyini və onun kimya elminə verdiyi töhfələr sayəsində Azərbaycan neft-kimya məktəbinin dünya miqyasında tanındığını qeyd edib. Bildirib ki, SSRİ Elmlər Akademiyasının akademiki Nikolay Zelinskinin tələbəsi olmuş Yusif Məmmədəliyevin işləyib hazırladığı xüsusi qatqı İkinci Dünya müharibəsi illərində SSRİ aviasiyasının yüksək oktanlı yanacaqla təmin edilməsində böyük rola malik olub.

Asəf Hacıyev 1950-ci ildə AMEA-ya rəhbərlik etmiş akademik Musa Əliyevin və 1962–1967-ci illərdə Akademiyanın prezidenti olmuş akademik Zahid Xəlilovun fəaliyyətindən də danışıb. O, akademik Musa Əliyevin rəhbərliyi altında yeni elmi-tədqiqat institutlarının, bölmələrin yaradıldığını, böyük elmi layihələrin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü söyləyib, alimin Azərbaycanın elmi inkişafında oynadığı müstəsna rolu vurğulayıb. Həmçinin SSRİ məkanında funksional analiz üzrə ilk monoqrafiyanın müəllifi olan akademik Zahid Xəlilovun riyaziyyat sahəsindəki tədqiqatları ilə Akademiyanın beynəlxalq nüfuzunun artırılmasına mühüm töhfələr verdiyini qeyd edib. O, 1970–1983-cü illərdə AMEA-nın prezidenti olmuş, Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisi, SSRİ və Azərbaycan elminin görkəmli fiziki, akademik Həsən Abdullayevin elmi fəaliyyətindən bəhs edib, alimin A.F.İoffe adına Texniki Fizika İnstitutunda başladığı elmi işləri və A.F.İoffenin şagirdi kimi əldə etdiyi dərin biliyi və təcrübəni xüsusi olaraq vurğulayıb. Bildirib ki, akademik Həsən Abdullayevin fəaliyyəti praktik məsələlərin elmi həlli ilə diqqət çəkib. Onun tədqiqatları, xüsusən yarımkeçiricilər sahəsindəki yeniliklər, elmi nəzəriyyəni təcrübə ilə birləşdirərək mühüm texnoloji inkişafa təkan verib.

Akademik çıxışında SSRİ Dövlət Mükafatı, eləcə də Azərbaycan SSRİ Dövlət Mükafatı laureatı, akademik Tofiq Əliyev, Azərbaycan elektrofizika məktəbinin banisi, SSRİ Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Çingiz Cuvarlı, Azərbaycan biologiya elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında misilsiz xidmətləri olmuş, böyük elmi məktəb yaratmış görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin elmi fəaliyyətindən də bəhs edib, onların Azərbaycan elminin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm xidmətlərini diqqətə çatdırıb.

“Elmə ayrılan vəsait yalnız bilik istehsalını deyil, həm də iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir”, – deyən akademik Asəf Hacıyev əlavə edib ki, bu baxımdan Azərbaycanda da elmi tədqiqatlara ayrılan maliyyə vəsaitlərinin mərhələli şəkildə artırılması ölkənin elmi və texnoloji müstəqilliyinin təmininə xidmət edəcək.

Asəf Hacıyev qeyd edib ki, biliyin kapitala çevrilməsi, yəni elmi nəticələrin innovativ məhsul və texnologiyalara transformasiyası məsələsinə xüsusi diqqət yetirilməlidir.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  
Next: AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Related Stories

ahik-də-zəfər-gununə-həsr-olunmus-tədbir-kecirilib
  • Ölkə

AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

LIVE PRESS 06/11/2025
vk:-son-10-ayda-2-minə-yaxin-vətəndasa-huquqi-yardim-gostərilib  
  • Ölkə

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

LIVE PRESS 06/11/2025
uefa-cempionlar-liqasinda-iv-tur:-rekordlar,-surprizlər-və-tarixi-nəticələr 
  • Ölkə

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

LIVE PRESS 06/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  
  • VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  
  • UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 
  • Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib ahik-də-zəfər-gununə-həsr-olunmus-tədbir-kecirilib 1
  • Ölkə

AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

06/11/2025
Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir   akademik-asəf-haciyev:-elmə-ayrilan-vəsait-iqtisadiyyatin-dayaniqli-inkisafini-və-innovasiya-potensialini-gucləndirir   2
  • Ölkə

Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  

06/11/2025
VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib   vk:-son-10-ayda-2-minə-yaxin-vətəndasa-huquqi-yardim-gostərilib   3
  • Ölkə

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

06/11/2025
UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr  uefa-cempionlar-liqasinda-iv-tur:-rekordlar,-surprizlər-və-tarixi-nəticələr  4
  • Ölkə

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

06/11/2025
Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik   eli-ehmədov:-2026-ci-ilin-dovlət-budcəsinə-nəzər-salarkən-biz-gələn-və-ondan-sonraki-illərə-optimist-baxa-bilirik   5
  • Ölkə

Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  

06/11/2025

Bir daha bax

ahik-də-zəfər-gununə-həsr-olunmus-tədbir-kecirilib
  • Ölkə

AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

LIVE PRESS 06/11/2025
akademik-asəf-haciyev:-elmə-ayrilan-vəsait-iqtisadiyyatin-dayaniqli-inkisafini-və-innovasiya-potensialini-gucləndirir  
  • Ölkə

Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  

LIVE PRESS 06/11/2025
vk:-son-10-ayda-2-minə-yaxin-vətəndasa-huquqi-yardim-gostərilib  
  • Ölkə

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

LIVE PRESS 06/11/2025
uefa-cempionlar-liqasinda-iv-tur:-rekordlar,-surprizlər-və-tarixi-nəticələr 
  • Ölkə

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

LIVE PRESS 06/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  
  • VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  
  • UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 
  • Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.