LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Rusiyalı teatr, kino və televiziya aktyoru Anatoli Xropov 61 yaşında vəfat edib. Bu barədə “ASB” teatr emalatxanasından məlumat verilib.
Xropov yanvarın 6-na keçən gecə Sankt-Peterburqda dünyasını dəyişib.
aif.ru-nun Sankt-Peterburqun “Osobnyak” teatrına istinadən verdiyi məlumata görə , aktyorun ölümünün səbəbi uzun illər mübarizə apardığı xərçəng xəstəliyi olub. Teatrdan əlavə ediblər ki, Xropov ötən mövsümün əvvəlində tamaşalarda çıxış etməyi dayandırıb.
Anatoli Xropov 30 sentyabr 1964-cü ildə anadan olub. O, karyerası ərzində 99 layihədə rol alıb. Ən məşhurlarından bəziləri “Sınıq Fənərlər Küçələri”, “Univer”, “Atanın Qızları” və s.