Bəhreynin Aluminium Bahrain (“Alba”) şirkəti ABŞ-ın American Industrial Partners fonduna məxsus, Avropa İttifaqının ən böyük alüminium zavodu sayılan Aluminium Dunkerqueni almaq üçün eksklüziv danışıqlara başlayıb. Bu, Bəhreyn korporativ tarixində ən iri xarici alışlardan biri kimi qiymətləndirilir.
LivePress Media Financial Timesa istinadən xəbər verir ki, Alba zavodun bütün səhmlərini nağd vəsaitə ilə almağı planlaşdırır, sövdələşmənin dəyərinin isə 1 milyard avronu keçə biləcəyi bildirilir. Maliyyələşmə əsasən bir neçə beynəlxalq bankın təşkil etdiyi kredit sindikatı vasitəsilə təmin olunacaq və Fransa dövlət investisiya fondu Bpifrancenin də layihəyə şərik kimi qoşulması müzakirə olunur.
Razılaşmanın 2026-cı il ərzində yekunlaşacağı gözlənilir və Alba bu alım sayəsində Avropa ilə Körfəz arasında aşağı emissiyalı alüminium istehsalında regional liderliyini gücləndirməyi hədəfləyir.