LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki , Almaniyanın Drezden şəhərinin hava limanına gələn qatarda əlində bıçaq olan Ukrayna vətəndaşı iğtişaş törədib.
“Bild”in məlumatına görə, elektrik qatarında səyahət edən 47 yaşlı ukraynalı bilet təqdim edə bilməyib. Stansiya əməkdaşı polisdən kömək istəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə həmin şəxs onlardan birini itələyib. Polis bibər qazından istifadə etməli olub. Cavabında küylü şəxs bıçaqla bir neçə oturacağı kəsib, yanğınsöndürən balonunu qoparıb və onunla şüşə panelini sındırıb, sonra isə tualetdə barrikada qurub.
Polis xüsusi təyinatlıları çağırmalı olub, işçiləri tualetin qapısını sındıraraq xuliqanı oradan çıxarıblar. O, saxlanılıb.