LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Moskva vilayətində qadın iki yaşlı oğluna sirkə turşusu verərək zəhərləməyə cəhd edib.
Tacikistan vətəndaşı sirkə turşusu alıb və 2022-ci il təvəllüdlü uşağına təhlükəli maddəni körpə butulkasına tökərək verib. Bundan sonra təcavüzkar turşunu özü içib.
Zərərçəkənin boğazı, qida borusu və mədə nahiyəsindən yanıq xəsarətləri alıb, zəhərlənib. Hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Moskva vilayəti üzrə İstintaq Komitəsinin rəsmi Telegram kanalında xəbər verildiyi kimi, cinayət işi açılıb. Müstəntiqlər cinayətin motivini müəyyənləşdirirlər.